Bank Of Baku

Mətbuat Şurası «KİV-lərin ilk mənbədən məlumat alma imkanları» mövzusunda “dəyirmi masa” keçiriləcək

Mətbuat Şurası «KİV-lərin ilk mənbədən məlumat alma imkanları» mövzusunda  “dəyirmi masa” keçiriləcək
# 25 may 2010 14:56 (UTC +04:00)
Tədbir Şuranın Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırdığı “Media problemlərinin müzakirəsi jurnalsit peşəkarlığının və məsuliyyətinin artırılmasına dəstək kimi” layihəsi çərçivəsində baş tutacaq

Sabah saat 12.00-da Azərbaycan Mətbuat Şurasının Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırdığı “Media problemlərinin müzakirəsi jurnalsit peşəkarlığının və məsuliyyətinin artırılmasına dəstək kimi” layihəsi çərçivəsində «KİV-lərin ilk mənbədən məlumat alma imkanları» mövzusunda “dəyirmi masa” keçiriləcək.

MŞ-nin ofisində baş tutacaq tədbirdə ölkədə ilk mənbədən məlumat alınması sahəsində məlumat veriləcəkç bu sahədəki problemlərin aradan qaldırılması yollarına dair fikir mübadilələri aparılacaq.

Qeyd edək ki, MŞ-nin mövcud layihəsində məqsəd Azərbaycan mediasının hazırkı problemlərini sistemləşdirməkdən, onların həlli yollarına dair fikir və təklifləri qruplaşdırmaqdan, həmin çətinliklərin aradan qaldırılmasında ictimai aktivliyi artırmaqdan ibarətdir. Layihənin icrası nəticəsində həmçinin mediadakı xoşagəlməz tendensiyaların, mənfi meyllərın, çatışmazlıqların köklərini üzə çıxarmaq, Azərbaycan mediasının mövcud durumu barədə bitkin və geniş rəy formalaşdırmaq, nəhayət bu yolla cəmiyyətin ölkə mediasında baş verən proseslərə diqqətini cəmləşdirmək, həmin proseslərə münasibətdə düzgün mövqeyinin yaranmasına nail olmaq nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR