Bank Of Baku

SAM-ın əməkdaşı Çində keçirilən Asiya Media Sammitində iştirak edib

SAM-ın əməkdaşı Çində keçirilən Asiya Media Sammitində iştirak edib
# 31 may 2010 10:03 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Pekində Televiziya Yayımları İnkişafı üzrə Asiya-Sakit Okean İnstitutu və Çin Xalq Respublikasının Radio, Film və Televiziya Dövlət Administrasiyasının birgə təşkilatçılığı ilə Asiya Media Sammiti keçirilib. Tədbirdə Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) elmi işçisi Anar Hüseynov da iştirak edib. SAM-dan APA-ya verilən məlumata görə, A. Hüseynov sammit çərçivəsində “Dini və mədəni məsələlər üzrə beynəlxalq media dialoqu” mövzusunda keçirilmiş seminarda tədbir iştirakçılarına Azərbaycan həqiqətləri - Dağlıq Qarabağ münaqişəsi və onun regionda yaratdığı əngəllər barədə ətraflı məlumat verib, sammitdə təmsil olunan dünyanın aparıcı media mənsublarını informasiya siyasətində qərəzsiz və obyektiv olmağa səsləyib.

SAM-ın əməkdaşı həmçinin Çinin aparıcı beyin mərkəzlərində bir sıra işgüzar görüşlər keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR