Bank Of Baku

Mətbuat Şurasında “Diffamasiya: şərəf, ləyaqət və işgüzar nüfuz media müstəvisində” tədbir keçirilib

Mətbuat Şurasında “Diffamasiya: şərəf, ləyaqət və işgüzar nüfuz media müstəvisində” tədbir keçirilib
# 31 may 2010 14:23 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bu gün Mətbuat Şurasında (MŞ)“Diffamasiya: şərəf, ləyaqət və işgüzar nüfuz media müstəvisində” tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə media qurumlarının rəhbərləri iştirak edib. MŞ-nin sədri Əflatun Amaşov çıxış edərək son illər Azərbaycanda diffamasiya məsələsinin davamlı olaraq gündəmdə olduğunu qeyd edib. Onun sözlərinə görə, qanunvericilikdə bir tərəfdən jurnalistlərə azadlıqlar verilir, amma digər tərəfdən də bu azadlıqlar məhdudlaşdırılır: “Son 50 ildə dünya mediasında diffamasiya məsələləri meydana gəlib və bir sıra ölkələrdə jurnalistlər yazılarına görə təqib olunmur. Amma bu gün də Avropanın bəzi ölkələrində jurnalistin təhqir və böhtanına görə cəzalar qüvvədə qalır. Ancaq belə hal baş vermədiyi üçün bu hiss olunmur. Hazırda Azərbaycanda da “Diffamasiya haqqında” qanunun qəbul edilməsi, Cinayət Məcəlləsinin 146 və 147-ci maddələrinin çıxarılması təklifləri var. Mətbuat Şurası bu istiqamətdə ekspertlərlə məsləhətləşmələr aparır, məmurlarla görüşlər keçirir. Əslində ötən illərlə müqayisədə indi bu qanunun qəbulu ilə bağlı məmurların mövqeyində müəyyən dərəcədə yumşalma var”.

Ə. Amaşov bildirib ki, Şura diffamasiya ilə bağlı məmurlar arasında sorğu keçirib. O, 2007-ci ildən bəri bu sorğunun aparıldığını deyib: “Sonuncu sorğuda “Böhtan və təhqirlə üzləşəcəyiniz halda hansı addım atarsınız” sualına sorğuda iştirak edən məmurların 32 faizi məhkəməyə müraciət edəcəyini, təxminən bu qədəri Mətbuat Şurasına müraciət edəcəyini bildirir. Amma təəssüf ki, 6 faizi “özüm cəzalandırardım” cavabı verir”.
Şura sədri bildirib ki, jurnalistlər arasında keçirilən sorğuda iştirakçıların 60 faizi bildirib ki, Azərbaycan “Diffamasiya haqqında” qanunun qəbulu üçün hazırdır.

Tədbirdə mövzu və səslənən fikirlər ətrafında müzakirə aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR