Bank Of Baku

“Söz azadlığı və jurnalistlərin müdafiəsinə yardım fondu” bir sıra mətbuat nümayəndələrinə maliyyə yardımı edib

“Söz azadlığı və jurnalistlərin müdafiəsinə yardım fondu” bir sıra mətbuat nümayəndələrinə maliyyə yardımı edib
# 02 iyun 2010 11:08 (UTC +04:00)
Bakı-APA. Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə fəaliyyət göstərən “Söz azadlığı və jurnalistlərin müdafiəsinə yardım fondu” İdarə Heyətinin növbəti iclası keçirilib. İdarə Heyətindən APA-ya verilən məlumata görə, iclasda quruma ötən müddət ərzində daxil olan 6 müraciətə baxılıb. Müraciətlərin hamısı təmin edilərək, bütövlükdə 2500 AZN həcmində maliyyə yardımı ayrılması barədə qərar qəbul olunub. Qərara əsasən “Ölkə” qəzetinin redaksiyasına 300 AZN, bloger Emin Millinin (Abdullayev) ailəsinə 400 AZN , həbsdə olan jurnalist Eynulla Fətullayevin ailəsinə 400 AZN, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidə 800 AZN, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun bölgə müxbiri Həkimeldostu Mehdiyevə 300 AZN, jurnalist Mahal İsmayıloğluna 300 AZN məbləğində maliyyə yardımı edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR