Bəxtiyar Sadıqov: “Bəzi “reket qəzet”lərin baş redaktorları Cəhrə qarı kimi qeybətə keçiblər, amma bu da onları xilas edə bilməyəcək - MÜSAHİBƏ
- Arzunu gerçəklik kimi qələmə vermək xəstə təxəyyülə məxsusdur. Atalar sözüdür: sən ağacını götür, suçlu suçluluğunu bildirəcək! «Qara siyahı»ya salınmış «Təzadlar» və «Gündəlik Bakı» qəzetləri daha da aqressivləşiblər. Səbəb məlumdur, “suda boğulan saman çöpündən yapışar” deyiblər. «Reket» elan edildikdən sonra bazarları bağlanıb, daha «ağaları» onlara pul buraxmır. KİV-ə Dövlət Dəstəyi Fondunun qrantlı və jurnalistlərin fərdi yaradıcılıq müsabiqələrindən kənarda qalıblar. Milli Məclisin iclaslarına buraxılmırlar. Heç kim onlarla əməkdaşlıq edib fakt vermir. Ağalarının-sponsorlarının nəzərində bəraət qazanıb yenidən pul qoparmaq üçün məhkəməyə müraciət etsələr də, bir şey çıxmadı! Əksinə, məhkəmə onların «reket» adından yaxa qurtarmaları barədə iddialarını rədd etməklə «qara siyahı»ya layiq olduqlarını dolayısı yolla, həm də məhkəmə qaydasında bir daha təsdiq etdi. Abırlarına qısılıb düz yola qayıtmaq əvəzinə (bəlkə belə etsəydilər, Mətbuat Şurası nə vaxtsa onları «qara siyahı»dan çıxarardı) xislətlərinə xas olan tərzdə şər və böhtan dolu əməllərini davam etdirirlər.
Mən də soruşuram, əgər «Təzadlar» apelyasiya mərhələsində prosesi udaraq «reket» adını üzərindən götürübsə, onda niyə təzədən Ali Məhkəməyə müraciət edir?! Özləri də bilirlər ki, bütün cəhdləri əbəsdir! Çünki Mətbuat Şurası öz qərarını düzgün, hüquqi cəhətdən əsaslandırılmış şəkildə verib. Onların əsl məqsədi gözə kül üfürmək, bir də bayaq qeyd etdiyim kimi, ağalarının yanında özlərinə bəraət qazandırmaqdır. Artıq «Təzadlar»ı və «Gündəlik Bakı»nı alan da yoxdur! Yalançı və böhtançı qəzeti kimdir oxuyan? Baxın, utandıqlarından öz qəzetlərində gündəlik tirajlarını belə göstərmirlər.
- Deyəsən, Mətbuat Şurasının bəzi üzvlərinin qadınlar vasitəsilə şantaj olunacağı barədə mətbuatda söylənilənlər təsdiqini tapır.
- Bilirsiniz, mənəviyyatsızlığın elə bir həddi var ki, daha ondan sonrakı mərhələnin adı olmur. Olsa da, ucadan söyləmək, qəzet səhifəsinə yazmaq mümkün deyil! Yalnız küçə arvadı səviyyəsinə enmişlər qadınlar barəsində hərzə-hədyan danışa bilər, kişilərin «nəmənəsinin» keşiyini çəkər, haqq-hesabını apararlar! Kişilərlə qadınlar arasında təkcə bioloji yox, xasiyyət fərqləri də mövcuddur. Bu, azərbaycanlılarda (bəlkə də təkcə azərbaycanlılarda) daha qabarıq görünür. Vay o gündən ki, belə sərhədlər silinə, necə deyərlər, arvadlaşmış «kişilər»in (şəxsiyyət vəsiqəsində cinsi kişi göstərilənlərin) əlinə qəzet düşə. Onda bu, azad sözün, sərbəst düşüncənin və demokratiyanın faciəsinə çevrilir. Bizim borcumuz isə böyük əziyyətlər bahasına Azərbaycanda bərqərar olunan mətbuat və söz azadlığını xəbis niyyətlilərdən, təmənnalılardan, naşılardan və təsadüfi ünsürlərdən qorumaqdır. Bəli, göründüyü kimi, artıq qəzetləri və sözləri kimi özləri də tükənən bəzi «baş» (bəlkə də ayaq) redaktorlar Cəhrə qarı kimi qeybətə keçiblər. Amma bu da onları xilas edə bilməyəcək!
- Deyəsən, məhkəməyə müraciət etmək fikriniz var?
- Biz güclü və haqlı olduğumuza görə özümüzü soyuqqanlı və təmkinli aparırıq. «Təzadlar» da, «Gündəlik Bakı» da özlərini elə bir çirkab quyusunun dibinə salıblar ki, oradan xilas olmaları görünmür. Kifayət qədər səhvlərə yol verib, bütün sərhədləri aşıblar. Hətta insani sərhədlər qarşısında da durub-dayanmayıblar. Hər şey zamana möhtacdır! Üstəlik, şərəf və ləyaqətin müdafiəsi ilə bağlı məhkəməyə müraciət heç zaman gec sayılmır. Ətraflarındakılar çalışıb talelərini onlara bağlamasınlar. Sonra gec olar…
Hələlik isə Milli mətbuatımızın 135 illiyi ilə bağlı qayğılarla məşğuluq. Bu şərəfli mübarizədə bizi sağlam KİV-lər və jurnalistlər, Azərbaycan ziyalıları ordusu birmənalı şəkildə dəstəkləyir. Mətbuat Şurası azad söz və xeyirxah niyyətlərlə yükünü tutaraq uzaq səfərə çıxmış sanballı bir karvanı xatırladır. Mənzil başına çatana qədər ona qoşulanlar çox olacaq. Arxada qalıb dalınca… baxa-baxa duranlar da tapılacaq. Bu, həyatdır və sabah nə olacağını yalnız sabah biləcəyik.
Media
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Akko meri Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi haqqında sertifikatı qardaşına təqdim edib - FOTO
Xəbər Lenti
Britaniya kəşfiyyat əməliyyatlarında kamuflyaj edilmiş atları sınaqdan keçirir
WSJ: OpenAI-ın süni intellekt agentləri “RubyGems” platformasına kiberhücumda iştirak edib
Tramp Çin şirkətlərinin ABŞ-da avtomobil zavodları tikməsinə qarşı olmadığını bildirib
İraqın Baş naziri Səudiyyə Ərəbistanına PUA hücumundan sonra hərbi komandanı vəzifədən azad edib
İraq Səudiyyə Ərəbistanına PUA hücumunu pisləyib
Ağ Ev Rusiyanın ABŞ-da keçiriləcək G20 toplantısına dəvət olunduğunu təsdiqləyib
KİV: İsrail Dəməşq yaxınlığındakı yaşayış məntəqəsini artilleriya atəşinə tutub
Hakan Fidan Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə bölgədəki vəziyyəti müzakirə edib
Putin: Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiya ilə müharibə deməkdir
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
"Beşiktaş" öz meydanında "Erzurumspor"u darmadağın edib
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
Husilər Səudiyyə Ərəbistanının hücumları nəticəsində 44 dinc sakinin öldüyünü açıqlayıb
ABŞ Nümayəndələr Palatasında Rusiyaya qarşı yeni sanksiyalar layihəsi səsverməyə çıxarılacaq
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb
“Fənərbaxça” İsmail Kartalın komandanın baş məşqçisi postunda qaldığını açıqlayıb
Avropa Komissiyası Ukraynaya “Patriot” raketləri və PUA-lar üçün 6,1 milyard avro ayırıb
Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb
Misir Prezidenti Yaxın Şərqdə vəziyyətin sabitləşəcəyinə ümid edir
Yəmən ordusu Moha yaxınlığında husilərin mövqelərinə kütləvi hava zərbələri endirir
İsrail Qəzzada HAMAS-ın iki komandirini öldürdüyünü açıqlayıb
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb
Şuşada Meksikanın Müstəqillik Günü qeyd olunub - FOTO - VİDEO
Rusiyanın Dneprə hücumu nəticəsində 12 nəfər yaralanıb
Husilər Səudiyyə Ərəbistanının 9 hərbi təyyarəsini vurduqlarını iddia edirlər
“Sea Breeze 2026”nın ilk oyununda qalib bəlli olub
“Sea Breeze 2026”: Təmsilçimiz turnirə qələbə ilə başladı - YENİLƏNİB
Gürcüstanda vətənə xəyanətdə ittiham olunan müxalifət lideri saxlanılıb
“Neftçi” “İmişli”ni məğlub edib
Səfirlik: ABŞ-ın qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq
Diplomatik korpusun nümayəndələri Şuşa şəhərində yaşayış komplekslərini ziyarət ediblər - FOTO
Husilər Yəməndə Qırmızı dənizin sahillərini tam nəzarətə götürüblər
Omanda Körfəz ölkələrinin iştirakı ilə regional toplantı keçiriləcək
Xarici diplomatlar Şuşa qala divarlarını ziyarət ediblər - FOTO
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Qırmızı qəsəbədə Roş ha-Şana bayramı qeyd olunur - FOTO
İsmail Kartalın istefası qəbul edilib
Xarici diplomatlar Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş büstlərini ziyarət ediblər - FOTO
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionata yekun vurulub
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Xarici diplomatlar Şuşada “Sadıqcanın evi”ni ziyarət ediblər - FOTO
MM komitə sədri: Çox zaman müəllimlər qız uşaqlarına deyir ki, nə üçün oxuyursan, tez ərə getməlisən
Xankəndidə regional məşğulluq ekosisteminin qurulması məsələləri müzakirə olunub
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin sədri təyin edilib
TPAO: “Şahdəniz” Türkiyə və Avropanın qaz təhlükəsizliyinə mühüm töhfə verir
Diplomatik korpusun nümayəndələri Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər - FOTO