Mətbuat Şurası milli mətbuatın 135 illiyi ilə bağlı tədbirlər planı hazırlayıb

Mətbuat Şurası milli mətbuatın 135 illiyi ilə bağlı tədbirlər planı hazırlayıb
# 07 iyun 2010 10:57 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Mətbuat Şurası milli mətbuatın 135 illiyinin qeyd olunması ilə bağlı tədbirlər planı hazırlayıb. Şuranın sədri Əflatun Amaşov APA-ya bildirib ki, plana əsasən Bakıda və rayonlarda tədbirlər keçiriləcək: “Biz bu tədbirlərə Həsən bəy Zərdabinin doğulduğu Zərdab rayonundan başlayacağıq”.

Ə. Amaşov xatırladıb ki, bu vaxta qədər Mətbuat Şurası Milli Mətbuat Gününə həsr olunmuş tədbirləri Prezident Administrasiyası ilə birgə keçirirdi: “Artıq mətbuatla bağlı fond yaradılıb və biz bu il tədbirləri KİV-ə Dövlət Dəstəyi Fondu ilə birgə keçirəcəyik”.

Ə. Amaşov iyunun 22-də – Milli Mətbuat Günündə ümumi tədbirin keçiriləcəyini, burada medianın inkişafında xidmətləri olan şəxslərə milli media mükafatının təqdim edəcəyini söyləyib. O bildirib ki, bu mükafat MŞ-nin təşkil etdiyi münsiflər heyətinin müəyyənləşdirdiyi şəxslərə təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR