Bank Of Baku

Azərbaycan mətbuatının 135 illiyi ilə əlaqədar “Təhsil və media: peşəkarlığın artırılmasına dəstək” layihəsi mövzusunda jurnalistlər arasında yazı müsabiqəsi elan edilib

Azərbaycan mətbuatının 135 illiyi ilə əlaqədar “Təhsil və media: peşəkarlığın artırılmasına dəstək” layihəsi mövzusunda jurnalistlər arasında yazı müsabiqəsi elan edilib
# 08 iyun 2010 14:50 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Mətbuat Şurası birgə Azərbaycan mətbuatının yaranmasının 135 illiyi ilə əlaqədar “Təhsil və media: peşəkarlığın artırılmasına dəstək” layihəsi mövzusunda jurnalistlər arasında yazı müsabiqəsi elan edib. KİV-in İnkişafına Dövlət Dəstəyi Fondundan APA-ya daxil olan məlumata görə, müsabiqənin məqsədi Azərbaycan təhsilində həyata keçirilən proseslərin geniş ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaq, təhsil sahəsində yazan ixtisaslaşmış jurnalistlər qrupunun formalaşmasına dəstək göstərmək, kütləvi informasiya vasitələrinin təhsil orqanları ilə səmərəli əməkdaşlıq prinsiplərini təbliğ etmək və təhsil mövzusunun mediada geniş şəkildə işıqlandırılmasına şərait yaratmaqdan ibarətdir. Müsabiqəyə “Azərbaycan təhsili: keçmiş və bu gün”, “Təhsildə novatorluq: yeni müasir nailiyyətlərin tətbiqi”, “Azərbaycan təhsilinin problemləri və onlardan çıxış yolları”, “Təhsil və media: qarşılıqlı əlaqələrdə ictimai fayda”, “Azərbaycan təhsilində dərslik siyasətinin təbliği, “Təhsilə investisiya qoyuluşu: zəruri sahələrin fəaliyyət intensivliyinin artırılmasının təbliği”, “Məktəbəqədər təhsil, təlim və tərbiyə media müstəvisində”, “Təhsil sahəsində beynəlxalq əməkdaşlığın təbliği” və digər mövzular üzrə yazılmış yazılar təqdim oluna bilər.
Müsabiqədə iştirak etmək istəyənlər yazını çap və elektron formada KİVDF-yə təqdim etməlidirlər. Müsabiqədə birinci yerin qalibinə 1500 manat (1 qalib), ikinci yerin sahibinə 1000 manat (2 qalib), üçüncü yerə 500 manat (3 qalib), həmçinin 10 nəfərə həvəsləndirici mükafat (hər birinə 300 manat) təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR