Bank Of Baku

Mətbuat Şurası “Ali Media Mükafatı” təsis edib

Mətbuat Şurası “Ali Media Mükafatı” təsis edib
# 11 iyun 2010 15:17 (UTC +04:00)
Qeyd olunub ki, mühüm dövlət sənədində mətbuatın ötən dövrdə keçdiyi yola, tarixin müxtəlif mərhələlərindəki roluna və xidmətlərinə nəzər salınır, yüksək dərəcədə qiymətləndirilir. Sərəncamda ölkədə yubileyin geniş qeyd olunmasının vacibliyi göstərilir. Sənədə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Mətbuat Şurası üzərində də müvafiq öhdəliklər müəyyənləşir.

İH üzvləri çıxışlarında ölkə rəhbərinin imzaladığı sərəncamın mətbuata və jurnalistlərimizə qayğının daha bir nümunəsi olduğunu bildiriblər. Qərara alınıb ki, sənəddə nəzərdə tutulan müddəalarla bağlı konkret təkliflər İH-nin növbəti iclasının müzakirəsinə təqdim olunsun.

Sonra Şuranın mükafatının təsisi, adı və nominasiyaları ətrafında diskussiyalar aparılıb. İH üzvləri mükafatın “Ali Media Mükafatı” adlandırılmasını məqbul sayıblar. Eyni zamanda nominasiyaların, mükafatların sayı və mükafat fondunun dəqiqləşdirilməsi qərara alınıb.

İclasda Bakının bir sıra rayonlarında səyyar qəzet satışı ilə bağlı son vaxtlar yaranmış problemi araşdıran qrupun üzvləri Şura sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu və «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin apardıqları araşdırmalar barədə məlumatlar dinlənilib. Məlumatlar məqbul sayılıb və məsələnin həlli üçün səylərin davam etdirilməsi qərarına gəlinib.

İH bir sıra qəzetlərin MŞ-nin «qara siyahı»sından çıxması üçün Şurada yaradılmış «apellayasiya qrupu»nun araşdırmasını da müzakirə edib. İH qrupun işini müsbət qiymətləndirib və Mətbuat Şurasının həmin kateqoriyadan olan mətbu nəşrlərlə bağlı daha geniş miqyasda qərar qəbulu üçün İH-nin növbəti iclasında məsələ müzakirə olunması razılığına gəlinib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR