Bank Of Baku

Üzeyir Hacıbəylinin indiyədək nəşr olunmamış əsərlərini toplandığı ikicildliyin təqdimatı keçiriləcək

Üzeyir Hacıbəylinin indiyədək nəşr olunmamış əsərlərini toplandığı ikicildliyin təqdimatı keçiriləcək
# 12 iyun 2010 16:50 (UTC +04:00)
Bakı – APA. Bakıda Azərbaycan milli operasının banisi, görkəmli naşir, jurnalist, publisist Üzeyir Hacıbəylinin indiyədək oxuculara məlum olmayan əsərlərinin toplandığı ikicildliyin təqdimatı keçiriləcək. Mətbuat Şurasından APA-ya verilən xəbərə törə, iyunun 16-da saat 11.00-da “Ambassador” otelində “Azersun Holding”in dəstəyi ilə keçiriləcək mərasimdə ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərlərinin, media mütəxəssislərinin, alim və ziyalıların iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, “Elm” Nəşriyyatında buraxılmış ikicildlikdəki əsərləri toplayan, ərəb əlifbasından latın qrafikasına çevirən, ön söz müəllifi və lüğətinin tərtibçisi Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Şirməmməd Hüseynovdur. Kitablar “Üzeyir Hacıbəyov: nəşrlərdə kənara qoyulmuş əsərlər (1904-1912)” və “Üzeyir Hacıbəyov: nəşrlərdə kənara qoyulmuş, ixtisar və “redaktə” edilmiş əsərləri (1915-1917)” adlanır. İkicildlik böyük bəstəkarın anadan olmasının 125 illiyinə həsr olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR