Bank Of Baku

Azərbaycanın məşhur telejurnalisti Çingiz Mustafayevin ölümündən 18 il ötür

Azərbaycanın məşhur telejurnalisti Çingiz Mustafayevin ölümündən 18 il ötür
# 15 iyun 2010 07:24 (UTC +04:00)
APA-nın məlumatına görə, Çingiz Mustafayev 1992-ci ilin iyun ayının 15-də Ağdam rayonunun Naxçıvanik kəndində peşə borcunu yerinə yetirərkən işğalçı Ermənistan Silahlı Qüvvələrinin atdığı mərmi nəticəsində şəhid olub.

Çingiz Fuad oğlu Mustafayev 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub. 1983-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirib. Bir müddət ixtisası üzrə həkim kimi çalışıb. Ermənistanın Azərbaycana qarşı təcavüzü başlayandan sonra jurnalistikaya üz tutan Ç.Mustafayev 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başlayıb. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin qısa müddət ərzində ABŞ və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapmasına səbəb olub.

Sonradan “215 kl” studiyası kimi muxtar qurumun yaradılmasının təşəbbüskarı və banisi olan Ç.Mustafayev Ermənistan-Azərbaycan müharibəsinin 1992-ci ilə qədərki dövrünün salnaməsini yaradıb. O, Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıyıb. Çingiz Mustafayevin məhz bu filmi ilə bütün dünya Xocalı soyqırımının mahiyyətini anlayıb, Ermənistanın təcavüzkar siyasətinin çılpaqlıqlarını əyani şəkildə görüb.

1993-cü ildə Azərbaycan Prezidentinin fərmanı ilə Çingiz Mustafayevə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR