Bank Of Baku

Əflatun Amaşov: “Azərbaycanda reket jurnalistika ilə məşğul olan jurnalistlərin və onların təmsil etdiyi qəzetlərin sayı kifayət qədər azalıb”

Əflatun Amaşov: “Azərbaycanda reket jurnalistika ilə məşğul olan jurnalistlərin və onların təmsil etdiyi qəzetlərin sayı kifayət qədər azalıb”
# 16 iyun 2010 11:26 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA “Reket jurnalistika ilə bağlı mübarizə gedir və monitorinq aparılır. Monitorinqin ümumi nəticələrinə görə, Mətbuat Şurasının fəaliyyəti öz bəhrəsini verir”. APA-nın məlumatına görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlərə açıqlamasında deyib. Şura sədri bildirib ki, həm bölgələrdə, həm də Bakıda reket jurnalistika ilə məşğul olan jurnalistlərin və onların təmsil etdiyi qəzetlərin sayı kifayət qədər azalıb: “Reket jurnalistlər Mətbuat Şurasına daxil olan şikayətlər və eyni zamanda monitorinq qrupunun apardığı monitorinq əsasında müəyyənləşir. Ancaq onu da bəyan edim ki, reketçiliklə mübarizə tək Mətbuat Şurasının işi deyil. Burada ölkə jurnalistləri, ölkə ictimaiyyəti də fəal olmalıdır. Reketçiliklə məşğul olmaq həm də cinayət tərkibli əməllər sayılır. Ona görə hüquq-mühafizə orqanları da bu mübarizədə iştirak etməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR