Bank Of Baku

Azərbaycan milli mətbuatının yaranmasının 135 illik yubileyi ilə bağlı bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur

Azərbaycan milli mətbuatının yaranmasının 135 illik yubileyi ilə bağlı bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur
# 16 iyun 2010 11:40 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan milli mətbuatının yaranmasının 135 illik yubileyi ilə bağlı bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar olaraq yubiley tədbirlərinin həm respublikanın bölgələrində, həm də paytaxtda keçirilməsi gözlənilir. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. Ə. Amaşov deyib ki, yubileylə bağlı tədbirlərə Həsən bəy Zərdabinin anadan olduğu Zərdabdan başlanacaq: “Mətbuatın 135 illik yubileyi ilə bağlı ölkə prezidentinin imzaladığı sərəncama uyğun olaraq, tədbirlər planı hazırlanacaq. Tədbirlər Həsən bəy Zərdabinin anadan olduğu Zərdab rayonundan start götürəcək. Digər bölgələrdə müxtəlif konfranslar keçiriləcək. Son tədbir isə Bakıda düzənlənəcək. Bundan başqa, jurnalistikada fərqlənən şəxslər “Əməkdar jurnalist”, “Əməkdar mədəniyyət işçisi” kimi adlarla təltif olunacaqlar. Bununla bağlı jurnalist təşkilatlarına və digər qurumlara müraciət olunub ki, jurnalistika sahəsində fərqlənən insanları qiymətləndirmək üçün bizə tövsiyələr versinlər”.

Əflatun Amaşov bildirib ki, şuranın təsis etdiyi Ali Media Mükafatı ilə bağlı hələ tam siyahı tərtib olunmayıb: “Həm jurnalist kimi çalışan, həm də bu sahənin inkişafına töhfə verən mütəxəssislər Mətbuat Şurasının təsis etdiyi Ali Media Mükafatına layiq görüləcəklər. Bununla bağlı məsləhətləşmələr artıq yekunlaşmaq üzrədir. Yaxın günlərdə geniş məlumat veriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR