Bank Of Baku

“Hürriyyet Daily News” portalının baş redaktoru: “Bakı yalnız Azərbaycanın yox, bütün bölgənin paytaxtıdır”

“Hürriyyet Daily News” portalının baş redaktoru: “Bakı yalnız Azərbaycanın yox, bütün bölgənin paytaxtıdır”
# 17 iyun 2010 09:06 (UTC +04:00)
Azərbaycana ilk səfər etdiyini deyən baş redaktor keçirdiyi görüşlərdən və Bakı ilə tanışlığından çox məmnun olduğunu söyləyib. O bildirib ki, görüşlər zamanı Azərbaycan üçün ən önəmli məsələ olan Dağlıq Qarabağ münaqişəsi ilə yanaşı, Qırğızıstandakı hadisələr, Xəzər regionunun problemləri, enerji məsələləri, boru xətləri, “Nabucco” layihəsi və s. məsələlər ətrafında fikir mübadiləsi aparıb.


“Hürriyyet Daily News”da dərc olunmuş bir yazıda Dağlıq Qarabağın mübahisəli ərazi kimi təqdim olunmasına münasibət bildirən baş redaktor həmin yazını “talesiz bir xəbər” adlandırıb. Bu yazının Azərbaycanda narahatlıq doğurmasından xəbərdar olduğunu deyən Devid Jadson bunun böyük hadisə olmadığını deyib: «Bizim qəzetimizin siyasəti ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi Minsk Qrupu tərəfindən həll olunmalıdır. Bu problem dünya ictimaiyyətinin nəzərində olan bir məsələdir. Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz bir ərazisi hesab edirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR