Bank Of Baku

“Türkiyə-Azərbaycan münasibətlərində medianın rolu” mövzusunda dəyirmi masa keçirilib

“Türkiyə-Azərbaycan münasibətlərində medianın rolu” mövzusunda dəyirmi masa keçirilib
# 18 iyun 2010 09:17 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) “Türkiyə-Azərbaycan münasibətlərində medianın rolu” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirdə SAM-ın dəvəti ilə Azərbaycanda səfərdə olan “Hürriyet Daily News & Economic Review” qəzetinin baş redaktoru Devid Din Jadson və Türkiyə Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin (USAD) rəhbəri Cəlal Cem Oğuz əsas məruzəçi qismində çıxış ediblər.

D. Jadson İstanbulda 35 adda qəzetin çıxdığı, onların müxtəlif mövqelərdən çıxış etdikləri barədə məlumat verib. Bu qədər yoğun xəbər gündəminin dünyanın heç bir yerində olmadığını qeyd edən Jadson Türkiyə mediasını Avropanın ən canlı media sektoru adlandırıb.

Sonra tədbir jurnalistlərin iştirakı olmadan davam etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR