Bank Of Baku

Türkiyənin “Cümhuriyyət” qəzetinin baş redaktoru İlhan Səlcuq vəfat edib

Türkiyənin “Cümhuriyyət” qəzetinin baş redaktoru İlhan Səlcuq vəfat edib
# 21 iyun 2010 14:10 (UTC +04:00)
APA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, 85 yaşlı jurnalist bu gün İstanbulda dünyasını dəyişib.

1925-ci ildə İzmirdə dünyaya gələn İ.Səlcuq 1950-ci ildə İstanbul Universitetinin hüquq fakültəsini bitirib. Bir müddət vəkillik fəaliyyəti ilə məşğul olduqdan sonra ömrünü tamamilə jurnalistikaya həsr edib, müxtəlif qəzetlərdə çalışıb. 1971-ci ilin mart çevrilişindən sonra həbs olunub və işgəncələrə məruz qalıb. Bundan 37 il sonra - 21 mart 2008-ci ildə “Ergenekon” davası ilə bağlı həbs edilib və iki gün sonra sərbəst buraxılıb.

Türkiyə İnsan Haqları Qurumunun da qurucularından olan İ.Səlcuq ictimai fəaliyyəti ilə əlaqədar bir sıra mükafatlara layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR