Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi ilə əlaqədar regionlarda tədbirlərin təşkili üçün müsabiqə elan edilib

Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi ilə əlaqədar regionlarda tədbirlərin təşkili üçün müsabiqə elan edilib
# 23 iyun 2010 11:39 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi ilə əlaqədar regionlarda tədbirlərin təşkili üçün müsabiqə elan edib. Fonddan APA-ya daxil olan məlumata görə, müsabiqə “Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Prezidentinin 2010-cu il 10 iyun tarixli sərəncamının 2.1 bəndinin icrasını təmin etmək məqsədilə elan olunub. Müsabiqədə iki ildən artıq fəaliyyət göstərən və təcrübəsi olan jurnalist təşkilatları iştirak edə bilərlər. Sənədlər 2010-cu il iyun ayının 23-dən iyul ayının 1-dək, rəsmi iş günləri saat 10.00-dan 16.00-dək Fondun ofisində qəbul ediləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR