Bank Of Baku

“Kütləvi informasiya vasitələrinin dili” mövzusunda elmi konfrans keçiriləcək

“Kütləvi informasiya vasitələrinin dili” mövzusunda elmi konfrans keçiriləcək
# 23 iyun 2010 11:40 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun və Mətbuat Şurasının birgə təşəbbüsü ilə “Kütləvi informasiya vasitələrinin dili” mövzusunda respublika elmi konfransı keçiriləcək. Mətbuat Şurasından APA-ya verilən məlumata görə, tədbir iyunun 25-də, saat 11.00-da AMEA Rəyasət Heyətinin iclas zalında baş tutacaq.
Konfransda Azərbaycanda qəzet adları, mətbuat və dil xüsusiyyətləri, mediada söz yaradıcılığının inkişaf xüsusiyyətləri, kütləvi informasiya vasitələrində alınma sözlərin işlənmə məqamları, idman leksikası və digər məsələlərlə bağlı məruzələr səslənəcək, mövzular ətrafında fikir mübadilələri aparılacaq.
Toplantıda ölkədə KİV sahəsində fəaliyyət göstərən tanınmış alim və mütəxəssislərin, nüfuzlu media qurumlarının rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR