Bank Of Baku

“Kütləvi İnformasiya Vasitələrinin dili” mövzusunda elmi konfrans keçirilib

“Kütləvi İnformasiya Vasitələrinin dili” mövzusunda elmi konfrans keçirilib
# 25 iyun 2010 09:34 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutu və Azərbaycan Mətbuat Şurası “Kütləvi İnformasiya Vasitələrinin dili” mövzusunda elmi konfrans keçirib.

APA-nın məlumatına görə, AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Ağamusa Axundov tədbirdə giriş sözü ilə çıxış edərək, müasir Azərbaycan dilinin formalaşmasında və inkişafında Azərbaycan mətbuatının müstəsna rolu və təsir imkanlarının olduğunu bildirib. Azərbaycan dilinin zamanın tələblərinə uyğun şəkildə inkişaf etdiyini də diqqətə çatdıran akademik KİV-də bəzi sözlərin yerində və düzgün işləmədiyini qeyd edib.

Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu bildirib ki, jurnalistlər mətbuat səhifələrində gedən yazılarında vulqar sözlərdən və jarqonlardan istifadə etməməli, dilə xələl gətirə biləcək hərəkətlərdən çəkinməlidirlər.

“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, professor Sayalı Sadıqova, professor Qulu Məhərrəmli, Azərbaycan Jurnalistlər İttifaqının sədr müavini Valid Sənani və digərləri “Mətbuat və dil”, “Milli mətbuatda söz yaradıcılığının inkişaf istiqamətləri”, “KİV-də alınma sözlərin işlənmə məqamları” mövzularında çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR