Qabil Abbasoğlu: “Lent.az”ı Azərbaycanın ən böyük media strukturu kimi görmək istəyirəm” - MÜSAHİBƏ
- 2 yaşlı “Lent.az” nəyə nail olub?
- “Lent.az”ın yaranması Azərbaycanda internet medianın yeni təşəkkül tapdığı dövrə təsadüf edib. Zənnimcə, buna görə də Azərbaycanda “Lent.az”ın tərcümeyi-halını ciddi internet mediasının tərcümeyi-halı ilə bir qədər eyniləşdirmək olar. Çünki Azərbaycanda internet mediası təqribən 2 il əvvəl yaranmağa başlayıb. “Lent.az”ın yaranması təşəbbüsü mənə Vüsalə Mahirqızı tərəfindən gəldi və biz çox düşünmədən fəaliyyətə başladıq. Zənnimcə, ilk aylarından, hətta ilk günlərindən “Lent.az” fərqli bir tərz ortaya qoymağı bacardı. Həm yaradıcı, həm də texniki heyətimiz yaxşı formalaşmış olduğu üçün ortaya yaxşı məhsul qoya, oxucuların sevgisini qazana bildik.
- “Lent.az”ın bugünkü səviyyəsi sizi qane edirmi?
- Əlbəttə, istənilən səviyyə mütləq deyil. Bundan daha yaxşısını yaratmaq mümkündür. Bu baxımdan əlbəttə ki, qane etmir. Amma Azərbaycan mediasının indiki reallıqları və standartları baxımından “Lent.az”ın peşəkar, bacarıqlı jurnalistlərdən ibarət kollektivi var. Ortaya çıxardığımız məhsulların əksəriyyətindən razıyam. Amma əsas bizim deyil, oxucuların, media ekspertlərinin, peşəkar insanlarımızın, müəllimlərimizin qiymətidir. Mən hələ ki, saydığım bu tərəflərin hər birindən müsbət rəy eşidirəm.
- “Lent.az” daha çox şou xarakterli məlumatlara üstünlük verir. Bu, oxucuların istəyidir?
- Məsələ ondadır ki, yarandığımız ilk dövrlərdə bu olub. Bir mərhələdə şou-biznes, maqazin tipli xəbərlər, materiallar üstünlük təşkil etdi. Amma bu, qısa mərhələ oldu. Ondan sonra belə hal olmadı. Mən bunu çox ciddi nəzarət altında saxlayıram, sonralar da bu balans pozulmayıb. Şou-biznesin xeyrinə isə ümumiyyətlə, pozulmayıb, əksinə maqazin tipli materialların daha çox olmamasına və üstün mövqelərdə yerləşdirilməməsinə çalışırıq. Çünki özümüz də hiss edirik və apardığımız araşdırmalar da göstərir ki, oxucularımızın tərkibində ciddi materiallara üstünlük verənlərin sayı artır. Təxminən 10 gün əvvəlki statistikanı deyə bilərəm. Həmin vaxt şou-biznesə aid xəbər İsrail-Türkiyə münasibətlərinə dair xəbərlərdən daha az oxundu. Bizdə Türkiyə-Ermənistan münasibətləri, Qarabağla bağlı danışıqların gedişinə aid mühüm xəbərlər, İsraillə bağlı informasiyalar, Azərbaycanın özünün siyasi həyatı ilə bağlı məlumatlar janrından asılı olmayaraq, yaxşı oxunur. Son 6-7 ayda belə məlumatların oxunma sayı artıb.
- “Lent.az”da kollektivə hansısa qadağalar var?
- Xeyr, “Lent.az”da heç bir qadağa yoxdur. Heç kimə, heç bir müəllifə, köşə yazarına heç bir sahədə, heç bir mövzuda qadağa qoyulmayıb. Sadəcə olaraq, hamıya bir hədd elan olunub. Bu hədd nədir? Materialın tonu jurnalistikanın tələb etdiyi formada olmalıdır. Biz heç kimin üstünə qışqırmırıq, heç kimi hədələmirik, heç kimə yalvarmırıq, heç kimdən qorxmuruq, heç kimi də qorxutmuruq. Biz hər gün, hər dəqiqə oxucu ilə müntəzəm, sakit və xəbərlə dolu bir söhbət aparırıq.
- “Lent.az” gələcəkdə oxucularına necə təqdim ediləcək?
- 1 yaşımız olanda mən bildirmişdim ki, “Lent.az”ı Azərbaycan mediasında hadisə adlandırmaq olar. Bu fikri yenə də təkrarlayıram. “Lent.az” Azərbaycan mediasında hadisədir. “Lent.az” iki il ərzində ənənəvi qəzetçilikdən fərqli, daha sanballı materiallar ortaya çıxarmağa nail ola bilib. İki il çox qısa müddətdir. Azərbaycanda 20-25 yaşı olan qəzetlər var. Onlarla rəqabətdə işləmək əlbəttə, asan məsələ deyil. Amma gələcək üçün strategiyamız konkret elan olunmasa da, hər kəs, şəxsən mən “Lent.az”ı Azərbaycanın ən böyük media strukturu kimi görmək istəyirəm. Bunun üçün nə tələb olunursa, etməyə çalışırıq. Bütün kollektiv, rəhbərlik, xüsusilə Vüsalə Mahirqızı, zənnimcə, “Lent.az”ın perspektivini yüksək qiymətləndirir.
Media
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Akko meri Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi haqqında sertifikatı qardaşına təqdim edib - FOTO
Xəbər Lenti
Britaniya kəşfiyyat əməliyyatlarında kamuflyaj edilmiş atları sınaqdan keçirir
WSJ: OpenAI-ın süni intellekt agentləri “RubyGems” platformasına kiberhücumda iştirak edib
Tramp Çin şirkətlərinin ABŞ-da avtomobil zavodları tikməsinə qarşı olmadığını bildirib
İraqın Baş naziri Səudiyyə Ərəbistanına PUA hücumundan sonra hərbi komandanı vəzifədən azad edib
İraq Səudiyyə Ərəbistanına PUA hücumunu pisləyib
Ağ Ev Rusiyanın ABŞ-da keçiriləcək G20 toplantısına dəvət olunduğunu təsdiqləyib
KİV: İsrail Dəməşq yaxınlığındakı yaşayış məntəqəsini artilleriya atəşinə tutub
Hakan Fidan Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə bölgədəki vəziyyəti müzakirə edib
Putin: Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiya ilə müharibə deməkdir
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
"Beşiktaş" öz meydanında "Erzurumspor"u darmadağın edib
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
Husilər Səudiyyə Ərəbistanının hücumları nəticəsində 44 dinc sakinin öldüyünü açıqlayıb
ABŞ Nümayəndələr Palatasında Rusiyaya qarşı yeni sanksiyalar layihəsi səsverməyə çıxarılacaq
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb
“Fənərbaxça” İsmail Kartalın komandanın baş məşqçisi postunda qaldığını açıqlayıb
Avropa Komissiyası Ukraynaya “Patriot” raketləri və PUA-lar üçün 6,1 milyard avro ayırıb
Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb
Misir Prezidenti Yaxın Şərqdə vəziyyətin sabitləşəcəyinə ümid edir
Yəmən ordusu Moha yaxınlığında husilərin mövqelərinə kütləvi hava zərbələri endirir
İsrail Qəzzada HAMAS-ın iki komandirini öldürdüyünü açıqlayıb
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb
Şuşada Meksikanın Müstəqillik Günü qeyd olunub - FOTO - VİDEO
Rusiyanın Dneprə hücumu nəticəsində 12 nəfər yaralanıb
Husilər Səudiyyə Ərəbistanının 9 hərbi təyyarəsini vurduqlarını iddia edirlər
“Sea Breeze 2026”nın ilk oyununda qalib bəlli olub
“Sea Breeze 2026”: Təmsilçimiz turnirə qələbə ilə başladı - YENİLƏNİB
Gürcüstanda vətənə xəyanətdə ittiham olunan müxalifət lideri saxlanılıb
“Neftçi” “İmişli”ni məğlub edib
Səfirlik: ABŞ-ın qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq
Diplomatik korpusun nümayəndələri Şuşa şəhərində yaşayış komplekslərini ziyarət ediblər - FOTO
Husilər Yəməndə Qırmızı dənizin sahillərini tam nəzarətə götürüblər
Omanda Körfəz ölkələrinin iştirakı ilə regional toplantı keçiriləcək
Xarici diplomatlar Şuşa qala divarlarını ziyarət ediblər - FOTO
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Qırmızı qəsəbədə Roş ha-Şana bayramı qeyd olunur - FOTO
İsmail Kartalın istefası qəbul edilib
Xarici diplomatlar Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş büstlərini ziyarət ediblər - FOTO
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionata yekun vurulub
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Xarici diplomatlar Şuşada “Sadıqcanın evi”ni ziyarət ediblər - FOTO
MM komitə sədri: Çox zaman müəllimlər qız uşaqlarına deyir ki, nə üçün oxuyursan, tez ərə getməlisən
Xankəndidə regional məşğulluq ekosisteminin qurulması məsələləri müzakirə olunub
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin sədri təyin edilib
TPAO: “Şahdəniz” Türkiyə və Avropanın qaz təhlükəsizliyinə mühüm töhfə verir
Diplomatik korpusun nümayəndələri Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər - FOTO