Bank Of Baku

Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu jurnalistlər üçün müsabiqənin vaxtını uzadıb

Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu jurnalistlər üçün müsabiqənin vaxtını uzadıb
# 29 iyun 2010 12:58 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu jurnalistlər üçün elan etdiyi müsabiqənin vaxtını uzadıb. Fondan APA-ya daxil olan məlumata görə, müsabiqənin vaxtının uzadılmasının səbəbi jurnalistlərin çoxsaylı müraciətidir. Müraciətlər nəzərə alınaraq Azərbaycan mətbuatının yaranmasının 135 illiyi münasibəti ilə keçirilən jurnalist yazıları müsabiqəsinin sənəd və yazı qəbulunun müddəti daha on gün - iyulun 10-dək uzadıb.

Qeyd edək ki, müsabiqənin nəticəsinə uyğun olaraq hər mövzu üzrə 2 qalib müəyyənləşdiriləcək. Hər mövzu üzrə maksimum 25 bal müəyyən olunur. 10-dan aşağı bal toplayan iştirakçı qalib ola bilməz. Qaliblər Fondun xüsusi diplomu və 1000 (bir min) manat məbləğində pul mükafatı ilə təltif olunacaqlar. Yazılar A3 formatda 1 səhifədən (9-11 min işarə) çox olmamalıdır. Yazının dərc olunduğu mətbuat orqanı (1 nüsxə), A4 formatda çap (3 nüsxə) və elektron (Times New Roman şriftində, diskdə) variantları Fonda təqdim olunmalıdır. Nəticələr iyulun 22-dək elan ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR