Bank Of Baku

Təhsil Nazirliyinin və Mətbuat Şurasının təşəbbüsü ilə Horadizdə “Təhsil və mətbuat” mövzusunda konfrans keçirilib – FOTO

Təhsil Nazirliyinin və Mətbuat Şurasının təşəbbüsü ilə Horadizdə “Təhsil və mətbuat” mövzusunda konfrans keçirilib – <font color=red>FOTO</font>
# 29 iyun 2010 13:39 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Təhsil Nazirliyinin və Mətbuat Şurasının (MŞ) birgə təşəbbüsü ilə “Təhsil və mətbuat” mövzusunda konfrans keçirilib. APA-nın xəbərinə görə, tədbir Füzuli rayonunun Horadiz qəsəbəsindəki Mədəniyyət evində baş tutub. Füzuli rayon icra hakimiyyətinin başçısı Nəbi Muxtarov tədbirdə çıxış edərək təhsil sahəsindəki nailiyyətlərin ictimaiyyətə çatdırılmasında medianın müstəsna rolunun olduğunu deyib. Konfransda təhsil naziri Misir Mərdanov prezident İlham Əliyevin milli mətbuatın 135 illik yubileyi münasibətilə imzaladığı sərəncamı medianın cəmiyyətdəki yeri və roluna qiymətin, KİV-ə dövlət dəstəyinin növbəti bariz nümunəsi kimi xarakterizə edib. Təhsil müəssisələri ilə mətbuat orqanlarının hazırkı münasibətlərinin vəziyyətinə dair faktlar açıqlayan nazir bəzi qəzet və jurnalların peşə əxlaqına yaraşmayan hərəkətlərinin təhsil işçilərinin də fəaliyyətinə mənfi təsir göstərdiyini bildirib. MŞ sədri Əflatun Amaşov ölkə təhsili ilə bağlı məlumatların ictimaiyyətə dəqiq, obyektiv və qərəzsiz şəkildə çatdırılmasının vacibliyindən söhbət açıb. Bu kimi məsələlərə Təhsil Nazirliyinin hər zaman böyük diqqət yetirdiyini deyən Ə. Amaşov hər iki qurumun təhsil sahəsindəki maarifləndirməni və jurnalistlərin ixtisaslaşmalarını nəzərdə tutan birgə fəaliyyətinin zəruriliyini vurğulayıb.
Tədbirdə Milli Məclis sədrinin müavini Bahar Muradova da iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR