Bank Of Baku

Bakıda Avropa Yayımçılar Birliyinin dəstəyi ilə “Yeni media erasının dəyərləri” mövzusunda konfrans keçirilir

Bakıda Avropa Yayımçılar Birliyinin dəstəyi ilə “Yeni media erasının dəyərləri” mövzusunda konfrans keçirilir
# 30 iyun 2010 08:05 (UTC +04:00)
APA-nın məlumatına görə, Avropa Yayım Birliyinin baş direktoru İnqrid Deltant çıxışında jurnalist praktikasında söz azadlığı prinsipinin vacibliyi barədə danışıb. O qeyd edib ki, azad söz - azad cəmiyyətin aparıcı elementidir.

Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Azərbaycan mətbuatının mövcud durumunu azad olmayan mətbuat kimi dəyərləndirməyin düzgün olmadığını deyib: “Bu əsl ədalətsizlikdir. Azərbaycanda kütləvi informasiya vasitələri senzuraya məruz qalmır, informasiya əldə etmək üçün heç bir maneə yoxdur. Əlbəttə, deyə bilmərik ki, Azərbaycan mətbuat problemlərdən tam azaddır”. Mətbuatda reketçilik, jurnalist etikası məsələlərinə toxunan Əli Həsənov jurnalist peşəkarlığının artırılmasının, reketçilikdən və KİV-lərin insanların şəxsi həyatına qarışmaq praktikasından azad olunmasının vacibliyini qeyd edib.

ATƏT-in media üzrə keçmiş nümayəndəsi, ekspert Mikloş Haraşti İctimai Televiziyanın yaradılmasını və parlamentdə “Jurnalist fəaliyyətinin dekriminalizasiyası və diffamasiyası haqqında” qanun layihəsinin müzakirə olunmasını müsbət hal kimi qeyd edib. Mətbuatdakı problemlərə toxunan Haraşti bu sırada jurnalistlərin həbsdə olmasını, qanunvericilikdə boşluqları göstərib. Ekspert Azərbaycanda internetin lisenziyalaşdırılması haqqında olan məlumata malik olduğunu deyib və bildirib ki, bu addım azadlığın daha da məhdudlaşdırılmasına gətirə bilər. Buna cavab olaraq Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Azərbaycan hökumətinin belə təkliflə çıxış etmədiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR