Bülənt Uğur: “Azərbaycanı ürəyimdə aparıram” - FOTO

Bülənt Uğur: “Azərbaycanı ürəyimdə aparıram” - <font color=red>FOTO</font>
# 30 iyun 2010 13:32 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Bülənt Uğur Azərbaycanda diplomatik missiyası başa çatır. APA-nın məlumatına görə, müşavir bununla əlaqədar Azərbaycan mətbuatına vida mesajı ünvanlayıb.
Mesajda deyilir: “2005-ci ilin may ayının 2-də başladığım mətbuat müşavirliyi vəzifəm iyul ayının 2-də sona çatacaq və iyulun 3-də Mətbuat Yayım və İnformasiya Baş İdarəsində yeni bir vəzifəyə təyin edilməklə bağlı Türkiyəyə dönəcəyəm. Əslində ayrılıq kəlməsi doğru bir kəlmə deyil. Çünki bir vətənimdən digərinə bir vəzifəni yerinə yetirməyə gəldiyim kimi, indi də bir vətənimdən digər vətənimə başqa bir vəzifəni yerinə yetirməyə gedəcəyəm. Mən Azərbaycanı ürəyimdə, beynimdə aparıram. Fiziki olaraq ayrı olsam belə, qəlbən həmişə yanınızdayam”.

B. Uğurun vida mesajında daha sonra qeyd olunub ki, o, Azərbaycandakı fəaliyyəti müddətində yalnız Türkiyə üçün deyil, Azərbaycan üçün də çalışıb: “Azərbaycan mətbuatı ilə əlaqədar məsələlərdə əlimdən gələni etdim. Biz bir-birimizi heç qırmadıq, hər zaman hörmət və sevgi ilə ünsiyyətimizi davam etdirdik. Sizlərə dərin təşəkkürü özümə borc bilirəm”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR