Bank Of Baku

İTV-nin baş direktoru Avropa Yayımları Birliyinin prezidenti ilə görüşüb

İTV-nin baş direktoru Avropa Yayımları Birliyinin prezidenti ilə görüşüb
# 30 iyun 2010 15:29 (UTC +04:00)
Bakı-APA. İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov Avropa Yayımları Birliyinin Baş Assambleyasının 64-cü sessiyası çərçivəsində Bakıda səfərdə olan qurumun prezidenti Jan Pol Filippo ilə görüşüb. İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimaiyyətlə əlaqə və monitorinq şöbəsindən APA-ya verilən məlumata görə, qonaq Avropa Yayımları Birliyinin Baş Assambleyasının 64-cü sessiyasının Azərbaycanda keçirilməsini müsbət qiymətləndirib. İsmayıl Ömərov şirkətin fəaliyyəti və strukturu barədə qonağa məlumat verib, teleradionun dünyanın bir neçə telekanalı ilə əməkdaşlıq etdiyini və bu əlaqələrin genişlənməsi istiqamətində işlərin davam etdiyini bildirib. Televiziyanın iş rejimi ilə tanış ilan Avropa Yayımları Birliyinin prezidenti departamentlərdə olub. Televiziyada yaradılan mövcud şəraitdən razı qalan Jan Pol Filippo İctimai Televiziyadakı infrastrukturun, texniki təchizat, peşəkar kadrların onda xoş təəssürat yaratdığını bildirib. Qonaq qeyd edib ki, Avropa Yayımları Birliyi böyük qurum olsa da, İctimai Teleradiodan öyrəniləsi məqamlar var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR