Bank Of Baku

Bakıda Avropa Yayımları Birliyinin Baş Assambleyasının 64-cü sessiyası işə başlayıb - FOTOSESSİYA

Bakıda Avropa Yayımları Birliyinin Baş Assambleyasının 64-cü sessiyası işə başlayıb - <font color=red>FOTOSESSİYA</font>
# 01 iyul 2010 10:40 (UTC +04:00)
APA-nın xəbərinə görə, MDB məkanında ilk dəfə olaraq Azərbaycanda təşkil edilən bu tədbirə qurumun Azərbaycandan yeganə üzvü olan İctimai Televiziya və Radio Yayımları Şirkəti ev sahibliyi edir. Üç gün davam edəcək sessiyada 46 ölkədən 75-dək teleradio təşkilatının rəhbərləri, eləcə də Avropa Yayımları Birliyi, Asiya Yayımları Birliyi, Afrika Yayımları Birliyi, Amerika Yayımları Birliyində cəmləşən məşhur ictimai yayımçılar təmsil olunur. Sessiyanın açılışında çıxış edən Avropa Yayımları Birliyinin prezidenti Jan Pol Filippo tədbirin Azərbaycanda keçirilməsinin əhəmiyyətindən danışaraq, yüksək səviyyəli təşkilatçılığa görə İctimai Televiziyaya təşəkkürünü bildirib. Daha sonra İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru İsmayıl Ömərov çıxış edib. Baş direktor Avropa Yayımları Birliyi Baş Assambleyasının 64-cü Bakı sessiyasının işinə uğurlar arzulayaraq, müzakirə ediləcək məsələlərin, qəbul olunacaq qərarların gələcək əməkdaşlığa yeni imkanlar açacağına əminliyini ifadə edib. İsmayıl Ömərov demokratik inkişaf yolunu tutan Azərbaycanda demokratik cəmiyyət üçün xas olan söz azadlığı və fikir plüralizminin formalaşmasında İctimai Teleradionun xüsusi rolunu qeyd edib. Baş direktor bildirib ki, İctimai Teleradio öz fəaliyyəti ilə vətəndaş cəmiyyətinin formalaşmasına çox ciddi təsir göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR