Bank Of Baku

Beynəlxalq Jurnalistlər Federasiyasının təmsilçiləri Azərbaycanda medianın durumunu araşdırıblar - FOTO

Beynəlxalq Jurnalistlər Federasiyasının təmsilçiləri Azərbaycanda medianın durumunu araşdırıblar - <font color=red>FOTO</font>
# 01 iyul 2010 11:46 (UTC +04:00)
Bakı-APA. Beynəlxalq Jurnalistlər Federasiyasının (BJF) təmsilçiləri Oliver Money Kirle və Adrien Kollin iyunun 23-dən 30-na kimi Azərbaycanda səfərdə olublar. BJF-nin Azərbaycan üzrə təmsilçisi, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli APA-ya bildirib ki, federasiya təmsilçilərinin səfərinin məqsədi Azərbaycanda medianın durumu ilə bağlı obyektiv araşdırma aparmaqdan ibarət olub. Bu məqsədlə onlar Prezident Administrasiyasında, Böyük Britaniyanın Azərbaycandakı səfirliyində, Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun Media departamentində, Avropa Komissiyasının Azərbaycan nümayəndəliyində, Azərbaycan Mətbuat Şurasında, Demokratik Jurnalistlər Liqasında, Beynəlxalq Avrasiya Mətbuat Fondunda, həmçinin, müxtəlif jurnalist təşkilatları və KİV redaksiyalarında görüşlər keçiriblər.
Qonalar, həmçinin, BJF-nin Avropa Komissiyasının maliyyə yardımı ilə Azərbaycanda həyata keçirdiyi “Etik Jurnalistika Təşəbbüsləri-Azərbaycan” layihəsi çərçivəsində görülən işlərlə maraqlanıb, layihə çərçivəsində gerçəkləşdirilən “”Həmkarlar təşkilatları təlimləri”ndə iştirak ediblər. M. Ələsgərli qeyd edib ki, BJF təmsilçilərinin növbəti iki ildə intensiv şəkildə Azərbaycana gəlişi və media ilə bağlı proseslərə aktiv şəkildə qatılmaları razılaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR