Bank Of Baku

Avropa Yayımları Birliyi Baş Assambleyasının Bakıda keçirilən 64-cü sessiyasında Ermənistanın iştirak etməməsinin səbəbləri açıqlanıb

Avropa Yayımları Birliyi Baş Assambleyasının Bakıda keçirilən 64-cü sessiyasında Ermənistanın iştirak etməməsinin səbəbləri açıqlanıb
# 01 iyul 2010 12:58 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu barədə İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov bildirib. O, AYB üzvü kimi Ermənistana dəvət göndərdiklərini, son ana qədər onların iştirak edəcəyini gözlədiklərini deyib: “Azərbaycan tərəfi onların iştirakı üçün bütün tədbirləri görmüşdü. Lakin son anda məlumat aldıq ki, onlar iştirak edə bilməyəcəklər. Bizdə olan məlumata görə, Ermənistan nümayəndələrinin Azərbaycana gələ bilməməsinə texniki problemlər səbəb olub”.

İ. Ömərov tədbirin Azərbaycanda keçirilməsinin mühüm hadisə olduğunu deyib. Onun sözlərinə görə, bu tədbir Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına imkan yaradır. Baş direktor deyib ki, AYB üzvü olan ölkələrdən hansısa tədbirin Azərbaycanda keçirilməsinə etiraz etsəydi, tədbir burda baş tutmazdı: “Amma heç kim sessiyanın Bakıda baş tutmasına etiraz etməyib”.

İ. Ömərov onu da qeyd edib ki, “Euronews” kanalının sessiyada iştirak edən nümayəndəsinə bir qədər əvvəl Dağlıq Qarabağla bağlı hazırlanan reportaja görə etirazlarını bildiriblər. “Euronews” kanalının nümayəndəsi isə həmin reportajda olan yanlışlığın texniki xəta olduğunu və gələcəkdə bu halın təkrar olunmayacağını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR