Bank Of Baku

İsmayıl Ömərov Finlandiya İctimai Televiziyasının baş direktoru, Latviya Radiosunun baş direktoru və Latviya Televiziyasının baş direktorunun müavini ilə görüşüb

İsmayıl Ömərov Finlandiya İctimai Televiziyasının baş direktoru, Latviya Radiosunun baş direktoru və Latviya Televiziyasının baş direktorunun müavini ilə görüşüb
# 02 iyul 2010 14:14 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov Avropa Yayımları Birliyinin Baş Assambleyasının 64-cü sessiyası çərçivəsində Bakıda səfərdə olan Finlandiya İctimai Televiziyasının baş direktoru Lauri Kivinen ilə görüşüb.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin ictimaiyyətlə əlaqə və monitorinq şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə ikitərəfli əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub. Azərbaycan və Finlandiya İctimai Televiziyaları arasında əlaqələrin genişlənməsi və birgə proqram hazırlıqlarının vacibliyi qeyd edilib.

Eyni zamanda Avropa Yayımları Birliyinin Baş Assambleyasının 64-cü yay sessiyasının Azərbaycanda keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Latviya Radiosunun baş direktoru Dzintris Kolats və Latviya Televiziyasının baş direktorunun müavini Agnis Mamaja ilə görüşdə də iki ölkənin teleradioları arasında əməkdaşlıq məsələləri müzakirə edilib. İctimai Teleradio ilə əlaqələri genişləndirməkdə maraqlı olduqlarını bildirən qonaq əsas məqsədlərdən birinin Azərbaycan haqqında məlumatları Avstriya xalqına çatdırmaq olduğunu deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR