Bank Of Baku

Azərbaycan və Həştərxan hökumətləri jurnalistlər üçün müsabiqə elan ediblər

Azərbaycan və Həştərxan hökumətləri jurnalistlər üçün müsabiqə elan ediblər
# 06 iyul 2010 13:46 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Azərbaycan və Həştərxan hökumətlərinin və Ümumrusiya Azərbaycan Konqresinin Həştərxan bölməsinin təşkilatçılığı ilə “Kaspiyskiy press-sentr” elektron və yazılı KİV-lər arasında “Kaspiyskaya meçta” adlı müsabiqə keçirir.

APA-nın məlumatına görə, müsabiqəni keçirməkdə məqsəd yazılı və elektron KİV-də ətraf mühitin qorunmasına həsr olunmuş mövzuları işıqlandırmağa marağı artırmaq, geniş ictimaiyyətin diqqətini Xəzərin və Xəzəryanı regionun ətraf mühitinin qorunması məsələlərinə diqqəti artırmaq, gənclərin vətənpərvər ruhda tərbiyə olunması və Böyük Vətən Müharibəsinin nəticələrinə və faşizm üzərində qələbədə keçmiş SSRİ xalqlarının roluna düzgün tarixi baxışı formalaşdırmaq, Rusiya və Azərbaycanın tarixi, mədəni və mənəvi irsinə həsr olunmuş mövzular, birgə elmi və maarifçilik layihələri və s. həyata keçirmək üçün marağı artırmaqdır.

Müsabiqəyə 2009-cu il yanvarın 1-dən bu il iyunun 15-nə kimi yazılı KİV-də nəşr olunmuş və televiziya və radio kanallarında nümayiş olunmuş materiallar qəbul olunur. Müsabiqə 3 mövzu üzrə keçirilir: «Gənclər faşizmə qarşı» (vətənpərvər mövzu), «Xəzərin ekologiyası» (Xəzərin ekoloji problemləri və gənclərin ekoloji tərbiyəsi), «Xəzərin mədəni ənənələri» (Azərbaycan və rus etnoslarının mədəni, tarixi və elmi əməkdaşlığı).

Müsabiqə 7 nominasiya üzrə keçirilir – televiziyada ən yaxşı müəllif işi; televiziyada ən yaxşı operator işi; televiziyada ən yaxşı rejissor işi; qəzet / jurnal / internet nəşrdə ən yaxşı müəllif işi; ən yaxşı radio proqramı ; ən yaxşı fotomaterial.

Materiallar iyulun 21-nə kimi təşkilat komitəsinə təqdim olunmalıdır. Müsabiqənin qalibləri diplom və xatirə nişanları, eləcədə kənar təşkilatlar tərəfindən həvəsləndirici mükafatlarla təltif olunacaqlar. Müsabiqə haqqında məlumatı www.casrrress.ru saytından almaq olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR