Bank Of Baku

Almaniyanın Media Təlimi üzrə Zaksen Fondu Mərkəzi və Şərqi Avropadan olan jurnalistlər üçün seminar keçirəcək

Almaniyanın Media Təlimi üzrə Zaksen Fondu Mərkəzi və Şərqi Avropadan olan jurnalistlər üçün seminar keçirəcək
# 07 iyul 2010 09:33 (UTC +04:00)
Bakı-APA. Almaniyanın Kommunikasiya üzrə Zaksen-Vestfaliya təşkilat bürosunun (SWOK-Sächsisch-Westfälisches Organisationbüro für Kommunikation) Media Təlimi üzrə Zaksen Fondunun təşkilatçılığı ilə cari ilin 20 sentyabr - 1 oktyabr tarixlərində Leypsiq şəhərində Mərkəzi və Şərqi Avropadan olan jurnalistlər üçün seminar keçirilməsi nəzərdə tutulub. Azərbaycanın Almaniya Federativ Respublikasındakı səfirliyindən APA-ya bildirilib ki, seminarın keçirilməsində məqsəd Zaksen əyalətində fəaliyyət göstərən media qurumları və medianın vəziyyəti ilə tanışlıq, mətbuatın fəaliyyətini siyasi, texnoloji və hüquqi aspektləri barədə məlumatlandırma və bu əyalətdə fəaliyyət göstərən radio, televiziya və digər media qurumlarının strukturu və iş metodları ilə əyani tanışlıq təşkil edir. Seminarda iştirak üçün müraciətlər cari ilin 20 avqust tarixinə kimi qəbul olunacaqdır. Müraciət edən jurnalistlərin yaş həddi 40-ı keçməməli və zəruri alman dili biliklərinə, eləcə də jurnalistika sahəsində təcrübəyə malik olmalıdır. Seminarda iştirak üçün bütün xərclər (gediş-gəliş, yerləşmə və yaşayış xərcləri) təşkilatçı fond tərəfindən ödənilir. Seminarda iştirak etmək istəyən jurnalistlər büroya birbaşa müraciət etməlidir. Büronun internet səhifəsinin ünvanı www.ssm-seminar.de, suallar isə [email protected] ünvanına göndərilməlidir.



Hörmətlə,


Mətbuat Xidməti
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi
Tel: (+99412) 596 90 81
Tel: (+99412) 596 92 76
Faks: (+99412) 596 90 73
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR