Bank Of Baku

Qarabağ Fondunun rəhbərləri Diana Kohen Altman və Andrea de Souza APA-nın qonağı olub - FOTOSESSİYA

Qarabağ Fondunun rəhbərləri Diana Kohen Altman və Andrea de Souza APA-nın qonağı olub - <font color=red>FOTOSESSİYA</font>
# 07 iyul 2010 14:12 (UTC +04:00)
Bu gün hər iki şəxs APA İnformasiya agentliyinin qonağı olublar. Diana Kohen Altman və Andrea de Souza agentliyin baş direktoru Vüsalə Mahirqızı ilə keçirilən görüşdə rəhbərlik etdikləri fondun missiyası barədə məlumat veriblər. Diana Kohen Altman bildirib ki, Qarabağ Fondunun yaradılmasında məqsəd Qarabağın tarixi və mədəniyyəti ilə bağlı Amerika ictimaiyyətini məlumatlandırmaqdır. O bu missiyanın həyata keçirilməsində kütləvi informasiya vasitələrinin dəstəyinə ehtiyac duyduqlarını bildirib. APA-nın fəaliyyəti barədə qonaqlara geniş məlumat verən Vüsalə Mahirqızı bildirib ki, agentlik Qarabağ Fondunun missiyasını yüksək qiymətləndirir və Fonda hər cür informasiya dəstəyi verməyə hazırdır. Daha sonra qonaqlar agentliyin iş prosesi ilə yaxından tanış olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR