Bank Of Baku

Gəncədə “Azərbaycan milli mətbuatı 135: tarixi nailiyyətlər və perspektivlər” mövzusunda konfrans keçirilib

Gəncədə  “Azərbaycan milli mətbuatı 135: tarixi nailiyyətlər və perspektivlər” mövzusunda konfrans keçirilib
# 07 iyul 2010 16:47 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Gəncədə “Azərbaycan milli mətbuatı 135: tarixi nailiyyətlər və perspektivlər” mövzusunda konfrans keçirilib. APA Qərb bürosunun verdiyi məlumata görə, Mətbuat Şuasının sədri Əflatun Amaşov, MŞ üzvləri, KİV nümayəndələri iştirak ediblər. Azərbaycan milli mətbuatının 135 illik yubileyinə həsr olunmuş mərasimin iştirakçıları öncə Heydər Əliyevin abidəsini ziyarət ediblər. Daha sonra tədbir Gəncə şəhər icra hakimiyyətində davam etdirilib. Tədbirdə çıxış edən natiqlər Həsən bəy Zərdabi irsindən, Azərbaycanda mətbuatın tarixindən və indiki vəziyyətindən danışıblar. Çıxışlar zamanı qeyd edilib ki, bu günə kimi Azərbaycanda 4200 kütləvi informasiya vasitəsi qeydə alınıb, onlardan yalnız 300-dək KİV öz missiyasını tam yerinə yetirir. Həmçinin bu günə kimi Azərbaycanda 40 informasiya agentliyi qeydiyyata alınıb. Qeyd edək ki, Gəncədə keçirilən tədbir bu mövzuda keçirilən sayca üçüncü konfrasdır. Bundan öncə analoji tədbirlər Yevlax və Zərdab rayonlarında keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR