Bank Of Baku

CNN islama rəğbət bəsləyən redaktorunu işdən qovub

CNN islama rəğbət bəsləyən redaktorunu işdən qovub
# 08 iyul 2010 04:54 (UTC +04:00)
Bakı-APA. CNN teleşirkəti «Hizbullah»ın liderinin ölümü ilə bağlı təəssüf hissi keçirdiyinə görə Yaxın Şərq redaktorunu işdən azad edib.

Yaxın Şərq redaktoru olan Oktaviya Nəsr Twitter sosial şəbəkəsində yerləşdirdiyi məlumatda «Hizbullah» şiə hərəkatının mənəvi lideri Məhəmməd Hüseyn Fadlallahın ölümü ilə bağlı təəssüf hissi keçirdiyini bildirib. O qeyd edib ki, Fadlallaha «Hizbullah»ın nəhənglərindən biri kimi hörmət edir.

ABŞ-da «Hizbullah» təşkilatı terrorçu hesab edilir.

Oktaviya Nəsr fikirlərinə görə üzr istəsə də, CNN rəhbərliyi bu üzrləri yetərsiz hesab edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR