Bank Of Baku

“Azərbaycan mətbuatı tarixi” kitabının II hissəsi çapa hazırlanır

“Azərbaycan mətbuatı tarixi” kitabının II hissəsi çapa hazırlanır
# 12 iyul 2010 12:20 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Akif Aşırlının “Azərbaycan mətbuatı tarixi” kitabının II hissəsi çapa hazırlanır. APA-nın məlumatına görə, jurnalistika tariximizin 1920-1990-cı illərini əhatə edən kitabın elmi redaktoru və ön sözün müəllifi filologiya elmləri doktoru, professor Cahangir Məmmədli, rəyçilər professor Musa Qasımlı, filologiya elmləri namizədi Akif Rüstəmov və “525-ci qəzet”in baş redaktoru Rəşad Məciddir. Azərbaycan sovet mətbuatı modelinin yaranması, inkişafı və tənəzzül dövrü ilə yanaşı kitabda 1980-ci illərin sonlarında çağdaş jurnalistikaya keçid mərhələsi, Heydər Əliyevin hakimiyyətləri dönəmində milli mətbuat irsimiz tədqiq edilib. “Kommunist”, “Gənc işçi”, “Kəndli qəzetəsi”, “Sovet kəndi”, “Azərbaycan müəllimi”, “İdman”, “Azərbaycan gəncliyi” qəzetləri ilə yanaşı, “Azərbaycan”, “Ulduz”, “Qobustan” jurnallarının nəşr tarixi sistemli şəkildə qələmə alınıb.

1988-ci ildən başlayaraq gizli nəşr olunan qeyri-leqal nəşrlər də kitabın bir bölümünü təşkil edir. Sovet dönəmində Azərbaycan jurnalistlərinin qurultayı, qəbul olunan sənədlər, dövrün aparıcı redaktorları, publisistləri barəsində məlumatlar da dövrləşməyə uyğun şəkildə tədqiq olunub. 1990-cı illərdən sonra formalaşan mətbuat nümunələri də kitabda əksini tapıb.

Xatırladaq ki, A. Aşırlının keçən il “Azərbaycan mətbuat tarixi (1875-1920-ci illər)” kitabı da işıq üzü görüb. “Elm və təhsil” nəşriy yatı tərəfindən çap edilən kitabın II hissəsinin yaxın günlərdə təqdimatının keçiriləcəyi gözlənilir
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR