Bank Of Baku

Vüsalə Mahirqızı “İRƏLİ” İctimai Birliyinin “Media Akademiyası” layihəsinin iştirakçıları üçün master-klass keçib - FOTOSESSİYA

Vüsalə Mahirqızı “İRƏLİ” İctimai Birliyinin “Media Akademiyası” layihəsinin iştirakçıları üçün master-klass keçib  - <font color=red>FOTOSESSİYA   </font>
# 13 iyul 2010 08:02 (UTC +04:00)
APA-nın məlumatına görə, Media Akademiyasının üzvləri üçün növbəti master-klassı APA-nın baş direktoru Vüsalə Mahirqızı keçib. Agentliyin ofisində keçirilən master klass-da Media Akademiyasının üzvlərinə APA-nın yaranma tarixi, strukturu, iş prinsipləri, xəbərin hazırlanması formaları, informasiyanın cəmiyyətə çatdırılmasında müasir texnologiyaların tətbiqi, agentlik çərçivəsində reallaşdırılan layihələr, gələcək planlar barədə geniş məlumat verilib. Diskussiya şəraitində keçirilən tədbirdə Vüsalə Mahirqızı Media Akademiyasının üzvlərinin suallarını cavablandırıb. Agentliyinin qısa müddət ərzində böyük populyarlıq qazanması və ölkənin aparıcı KİV-ləri sırasına qoşulmasının sirri barədə sualı cavablandıran baş direktor qeyd edib ki, APA bu nailiyyətlərə bazarda olan tələbatı düzgün dəyərləndirmək və xəbər istehsalı prosesinin sistemli şəkildə həyata keçirmək, informasiyaları oxuculara maksimum operativ şəkildə çatdırmaq hesabına nail olub. APA-nın Azərbaycanın ən yeni mətbuat tarixində bir sıra ilklərə imza atdığını deyən Vüsalə Mahirqızı bu prosesin davam edəcəyini vurğulayıb. Media Akademiyasının üzvləri daha sonra agentliyin işi ilə əyani şəkildə tanış olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR