Bank Of Baku

Britaniyalılar «Əl-Cəzirə»yə rəqib yaratmaq qərarına gəliblər

Britaniyalılar «Əl-Cəzirə»yə rəqib yaratmaq qərarına gəliblər
# 14 iyul 2010 18:58 (UTC +04:00)
Bakı-APA. Böyüük Britaniyanın Sky News teleşirkətinin nümayəndələri 24 saatlıq ərəbdilli telekanal yaratmaq üçün Əbu-Dabidən olan sərmayəçi ilə danışıqlar apardıqlarını bəyan ediblər.

Peykdən yayımlanacaq kanal yaxın iki ildə yayıma başlamalıdır.

Britaniya şirkətinin saytında bildirilir ki, qərargahı Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında olacaq ərəbdilli telekanal Yaxın Şərq və Şimali Afrika ölkələrinə yayımlanacaq.

Sky News-un ərəbdilli versiyası «Əl-Cəzirə» və «Əl-Ərəbiyyə» kimi iri ərəbdilli xəbər kanallarına rəqib olacaq. Səudiyyəli milyarder, kral ailəsinin üzvü şahzadə Əl-Valid Bin Talal da ötən həftə ərəbdilli xəbər kanalı açmaq fikrində olduğunu bildirib.

Sky News ən böyük səhmdarı mediamaqnat Rupert Merdoka məxsus News Corporation olan British Sky Broadcasting şirkəti tərəfindən idarə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR