Bank Of Baku

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili bir qrup KİV rəhbəri ilə görüşüb - FOTO

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili bir qrup KİV rəhbəri ilə görüşüb - <font color=red>FOTO</font>
# 15 iyul 2010 16:16 (UTC +04:00)
Bakı-APA. Bu gün ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq bir qrup KİV rəhbəri ilə görüşüb. APA-nın məlumatına görə, görüşdə Azərbaycanda söz və mətbuat azadlığının vəziyyəti, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyət, ABŞ dövlət katibi Hillari Klintonun bölgəyə son səfərinin nəticələri və verdiyi mesajlar barədə müzakirələr olub.

Media rəhbərlərinin sualları və müzakirələr əsasən Dağlıq Qarabağ münaqişəsinə ABŞ-ın yanaşması və ABŞ-ın Azərbaycana səfəri təyin etməsi ilə bağlı olub. A. Sterlinq ölkəsinin Azərbaycanda insan haqları, demokratiya, Dağlıq Qarabağ məsələsinin həllinə töhfə verməyə çalışdığını, Azərbaycanla tərəfdaşlığı davam və inkişaf etdirdiyini deyib. O bildirib ki, Hillari Klintonun son səfərində də bu məsələlər müzakirə olunub. Bir çox məsələlərdə anlaşma olduğunu deyən A. Sterlinq Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı məsələdə ABŞ və Azərbaycanın fərqli yanaşmaları olduğunu bildirib.

Görüşdə həmçinin ABŞ səfirliyinin yeni mətbuat katibi Kit Bin (Keith Bean) KİV rəhbərlərinə təqdim olunub.

Qeyd edək ki, görüşdə APA-nın baş direktoru Vüsalə Mahirqızı, “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, “Exo” qəzetinin baş redaktoru Rauf Talışinski, “Yeni Müsavat” qəzetinin baş redaktorunun müavini Azər Ayxan, “Trend” İA-nın baş direktor müavini Elçin Hüseynov və Turan İA-nın baş direktor müavini Şahin Hacıyev iştirak ediblər.

Görüşə ABŞ səfərliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson və şöbənin əməkdaşı Mehdi Hüseynquliyev də qatılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR