Bank Of Baku

Yeni Azərbaycan Partiyasının qərargahında Azərbaycan milli mətbuatının 135 illik yubileyi münasibətilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyasının qərargahında Azərbaycan milli mətbuatının 135 illik yubileyi münasibətilə tədbir keçirilib
# 16 iyul 2010 12:26 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında Azərbaycan milli mətbuatının 135 illik yubileyi münasibətilə tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə media nümayəndələri və YAP rəhbərliyində təmsil olunan deputatlar iştirak edib. Mərasimdə çıxış edən YAP-ın sədr müavini Əli Əhmədov Mətbuatın cəmiyyətin informasiya ehtiyacının ödənilməsi baxımından vacib rol oynadığını deyib. KİV-in cəmiyyətin səmərəli fəaliyyət göstərməsində əhəmiyyətli funksiyaya malik olduğunu deyən Ə. Əhmədov Azərbaycanda dövlətinin KİV-lərin inkişafına da xüsusi diqqət göstərdiyini vurğulayıb: “Bu, bir tərəfdən həmin sahəyə qayğının göstəricisidirsə, digər tərəfdən də demokratik dəyərlərin cəmiyyətimizdə daha da dərinləşməsi istiqamətində atılan addımdır. Yeni Azərbaycan Partiyası kütləvi informasiya vasitələri ilə əlaqələrə böyük önəm verir və mətbuat YAP-ı özünün dostu hesab edə bilər. YAP ölkənin ən aparıcı siyasi qüvvəsidir və böyük ictimai dəstəyə malikdir. Bu gün artıq partiyamızın üzvlərinin sayı 500 min nəfəri ötüb. YAP-ın qazandığı uğurların çoxsaylı səbəblərindən biri də onun fəaliyyətinin kütləvi informasiya vasitələri tərəfindən geniş ictimaiyyətə çatdırılmasıdır. Biz mətbuatla əlaqələrimizə xüsusi diqqət yetiririk. Milli mətbuat günü ilə bağlı keçirdiyimiz görüşlər isə artıq ənənəyə çevrilib».

Görüşün sonunda KİV nümayəndələrinə mükafatlar təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR