Bank Of Baku

Səbail rayon İcra Hakimiyyətində Milli Mətbuat Günü ilə bağlı tədbir keçirilib

Səbail rayon İcra Hakimiyyətində Milli Mətbuat Günü ilə bağlı tədbir keçirilib
# 19 iyul 2010 09:56 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Milli Mətbuatının 135 illiyi il bağlı Səbail rayon İcra Hakimiyyətində tədbir keçirilib. APA-nın məlumatına görə, İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycanda azad söz və azad mətbuatın inkişaf etdiyini bildirib. Dövlət rəhbərliyi tərəfindən mətbuatın inkişafına xüsusi diqqət yetirildiyini söyləyən A. Əsgərov deyib ki, Azərbaycan mətbuatında hərdən qərəzli yazılarla çıxış edən, “reket” mətbuat orqanları da var: “Amma bunların nə yazmasının əzəmiyyəti yoxdur və onlara qarşı elə jurnalistlər özləri mübarizə aparmalıdır”.

A. Əsgərov ötən bir il ərzində Səbail rayon İcra Hakimiyyətinin mətbuatla açıq işlədiyini vurğulayıb. O, İH-nin internet səhifəsinin mütəmadi yeniləndiyini, saytda rayon səviyyəsində keçirilən tədbirlərlə bağlı materialların yerləşdirildiyini və mətbuatın bundan istifadə etdiyini bildirib.

Azərbaycan prezidenti Yanında KİV-ə Dəstək Fondunun rəhbəri Vüqar Səfərov, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də yubileylə bağlı çıxış ediblər.

Tədbirin sonunda jurnalistlərə hədiyyələr təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR