Bank Of Baku

Akif Aşırlının “Azərbaycan mətbuatı tarixi” kitabının təqdimatı keçirilib - FOTO

Akif Aşırlının  “Azərbaycan mətbuatı tarixi” kitabının təqdimatı keçirilib - <font color=red> FOTO</font>
# 20 iyul 2010 10:14 (UTC +04:00)
Bakı. Samir İsayev – APA. İyulun 20-də Atatürk Mərkəzində Akif Aşırlının “Azərbaycan mətbuatı tarixi” (1920-1990) kitabının II hissəsinin təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, müəllif bildirib ki, kitab Azərbaycan mətbuatının 1920-1990-cı illər dövrünü əhatə edir: “Gördüm ki, belə bir kitaba ehtiyac və boşluq var, bu boşluğu qismən doldurmağa çalışdım. Bu eyni zamanda mənim tarixçiliyimdən, peşə bazamdan irəli gələn Azərbaycan mətbuat tarixinin niyə yazıya alınmaması sualına özümün tapdığım cavabdır. Bu kitab II hissədən ibarətdir və kitabın I hissəsi ötən il təqdim olunub. I hissədə Azərbaycan mətbuat tarixinin 1875-1920-ci illəri göz önünə gətirməyə çalışmışam”. A. Aşırlı deyib ki, Azərbaycanda Sovet dönəmi jurnalistikasına bu gün birmənalı münasibət yoxdur və bu dövrlər bağlı müxtəlif fikirlər səslənir: “Mən sadəcə bir vətəndaş olaraq tərəfsiz və qərəzsiz, obyektiv şəkildə bu proseslərə yanaşmağa çalışdım və Azərbaycanın sovet mətbuatını qələmə aldım”. Təqdimatda kitabın ön söz müəllifi və elmi redaktoru, Bakı Dövlət Universitetinin (BDU) kafedra müdiri, professor Cahangir Məmmədli çıxışında hər bir kitabın işıq üzü görməsini bayram hesab etdiyini dilə gətirib: “135 illik tarixi olan Azərbaycan mətbuatı şərəfli bir tarixə malikdir. Bu kitab təkcə jurnalistika fakültəsinin tələbələri üçün deyil, eyni zamanda mətbuatla maraqlanan bütün insanlar üçün çox gözəl nəşrdir. Əminəm ki, gənclər bu kitabdan bəhrələnəcəklər”. Tədbirdə kitabın rəyçisi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, BDU-nun müəllimləri Akif Rüstəmov, Nəsir Əhmədli və başqaları çıxış edərək müəllifə təşəkkürlərini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR