Bank Of Baku

Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Azərbaycan mətbuatının yaranmasının 135 illiyinə həsr olunmuş tədbir keçirib

Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Azərbaycan mətbuatının yaranmasının 135 illiyinə həsr olunmuş tədbir keçirib
# 20 iyul 2010 12:34 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Azərbaycan mətbuatının yaranmasının 135 illiyinə həsr olunmuş tədbir keçirib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Şuraın mətbuat xidmətinin rəhbəri Səfər Alışarlı təmsil etdiyi qurumun yarandığı gündən mətbuatla əlaqələrə önəm verdiyini vurğulayıb. S. Alışarlı eyni zamanda “Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında qeyri-hökumət təşkilatlarının rolu və vəzifələri” mövzusunda keçirilən yazı müsabiqəsinin yekunlaşdığını qeyd edib.

Tədbirdə çıxış edən Şuranın sədri Azay Quliyev isə keçirilən müsabiqənin jurnalistlərlə QHT-ləri daha da yaxınlaşdırdığını deyib: «Biz çalışdıq ki jurnalistlər QHT-lərin obrazını yaratsınlar. Onların fəaliyyətini işıqlandırsınlar. Müsabiqədə buna müəyyən mənada nail olundu».

A. Quliyev onu da vurğulayıb ki, yazı müsabiqəsində 6 yer uğrunda 30 yazı mübarizə aparıb. Qaliblərdən əlavə olaraq 10 yazı müəllifinə isə həvəsləndirici mükafatlaın təqdim olunması qərara alınıb.

Daha sonra Şuranın media rəhbərlərindən ibarət münsiflər heyəti yazılarla bağlı öz fikrlərini açıqlayıblar.

Sonda qaliblərə mükafatlar vədiplomlar təqdim olunub. Qeyd edək ki, müsabiqənin qalibləri arasında Lent.az portalının və APA informasiya agentliyinin əməkdaşları da var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR