Bank Of Baku

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi milli mətbuatın 135 illiyi münasibətilə tədbir keçirib

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi milli mətbuatın 135 illiyi münasibətilə tədbir keçirib
# 21 iyul 2010 15:26 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Bu gün Nazirlər Kabineti Yanında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi milli mətbuatın 135 illiyi münasibətilə tədbir keçirib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən idarənin elmi tədqiqatlar və beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Anar Quliyev bildirib ki, 1875-ci ilin iyulun 22-də işıq üzü görən “Əkinçi” qəzeti Azərbaycanda ilk mətbu orqanı olmaqla ölkənin mətbuat tarixinin inkişafında mühüm rol oynayıb: “Qəzetin inkişafında Həsən bəy Zərdabi ilə yanaşı Mirzə Fətəli Axundov, Nəcəf bəy Vəzirov və digərlərinin də rolu olub. Qəzetin cəmi 56 nömrəsi işıq üzü görsə də, “Əkinçi” Azərbaycanda mətbuatın inkişafına böyük təkan verib”. A. Quliyev hazırda dövlət tərəfindən ölkə mətbuatına göstərilən qayğını da yüksək qiymətləndirib. Tədbirin sonunda jurnalistlərə İçərişəhərin görməli yerlərini və tarixini əks etdirən broşüralar və rəsm kitabçaları hədiyyə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR