Bank Of Baku

Tiflis Dövlət Universitetinin rektoru Georgi Xubua: “Gürcüstanda Azərbaycan jurnalistikasının perspektivlərini görürəm”

Tiflis Dövlət Universitetinin rektoru Georgi Xubua: “Gürcüstanda Azərbaycan jurnalistikasının perspektivlərini görürəm”
# 21 iyul 2010 20:38 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. “Gürcüstanda Azərbaycan jurnalistikasının perspektivlərini görürəm.” APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri İvane Cavaxişvili adına Tiflis Dövlət Universitetinin rektoru Georgi Xubua deyib. Onun sözlərinə görə, Gürcüstan və Azərbaycan jurnalistləri hər iki dövlətin əlaqələrinin möhkəmləndirilməsində vacib rol oynayırlar: «Mən çox şadam ki, Azərbaycan jurnalistləri və onların gürcü həmkarları çalışırlar ki, ölkələrimizin əlaqələri yeni səviyyəyə qalxsın. İstərdim ki, bu məsələdə jurnalistlər daha məsuliyyətli olsunlar. Azərbaycan jurnalistlərinin peşəkarlığı həmişə güclənir. Onların peşəkarlığı müasir standartlara cavab verir. Mən fəaliyyət göstərən jurnalistlərlə birlikdə bizim universitetdəki jurnalistika fakültəsində təhsil alan gənc azərbaycanlı tələbə jurnalistlərə də uğurlar arzulayıram. Bu il onların sıraları xeyli artacaq. Çünki bu il TDU-ya qəbulda 200-ə qədər azərbaycanlı tələbələr üçün yer ayırmışıq. Qəbul sona çatan kimi universitetə qəbul olunan tələbələr ixtisas seçməklə müxtəlif fakültələrdə təhsil alacaqlar. Şübhəsiz ki, jurnalistika fakültəsində təhsil alan azərbaycanlı tələbələrimiz də olacaq. Yeni jurnalist nəsli yaranacaq. Bununla mən Gürcüstanda Azərbaycan jurnalistikasının perspektivlərini, mənalı gələcəyini görürəm. Onlar gələcəkdə peşəkar jurnalist kimi Azərbaycan və gürcü mətbuatında çalışmağı bacaracaqlar».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR