Bank Of Baku

Mətbuat Şurasının üzvləri Heydər Əliyevin və Həsən bəy Zərdabinin məzarlarını ziyarət ediblər - FOTO

Mətbuat Şurasının üzvləri Heydər Əliyevin və Həsən bəy Zərdabinin məzarlarını ziyarət ediblər - <font color=red>FOTO</font>
# 22 iyul 2010 13:04 (UTC +04:00)
APA-nın məlumatına görə, media mənsubları məzarın üzərinə əklil qoyublar. Daha sonra Həsən bəy Zərdabinin məzarı ziyarət olunub. Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan milli mətbuatının əsasını qoyan Həsən bəy Zərdabinin həyat və yaradıcılığı barədə danışıb. “Əkinçi” qəzetinin keçdiyi böyük tarixi yola nəzər salan Ə. Amaşov Azərbaycan mətbuatının bu 135 ildə şərəfli yol keçdiyini qeyd edib. Daha sonra “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin üzvü Bəxtiyar Sadıqov və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli milli mətbuatımızın inkişaf yolu, dünəni və bu günü, “Əkinçi” qəzetinin milli mətbuat tarixində rolu barədə danışıblar. Bu gün Azərbaycan mətbuatının inkişaf mərhələsində olduğunu vurğulayan Vüqar Səfərli mətbuatının inkişafına dövlət dəstəyinin günü-gündən artırıldığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR