Bank Of Baku

Azərbaycan Milli Mətbuatının yaranmasının 135 illiyi ilə əlaqədar “Seçilən” nominasiyası üzrə mükafatlandırılma mərasimi keçirilib

Azərbaycan Milli Mətbuatının yaranmasının 135 illiyi ilə əlaqədar  “Seçilən” nominasiyası üzrə mükafatlandırılma mərasimi keçirilib
# 22 iyul 2010 13:11 (UTC +04:00)
Bakı – APA. 22 iyul - Azərbaycan Milli Mətbuatının yaranmasının 135 illiyi ilə əlaqədar mükafatlandırılma mərasimi keçirilib. APA-nın məlumatına görə, KİV-də öz nüfuz və bacarıqları ilə fərqlənməyə müvəffəq olmuş bir qrup media mənsubları, o cümlədən mətbuatın yaxın dostları olan iş adamları və sənətçilər “Seçilən” nominasiyası ilə təltif olunublar. “Zümrüd-M” prodüser mərkəzinin təşkilatçılığı ilə keçirilən mükafatlandırma mərasimində çıxış edən mərkəzin rəhbəri Zümrüd Güləliqızı və prodakşının həmtəsisçisi Məhbubə Rasimqızı mədəniyyət və şou-biznesdən yazan müxbirlərin bayramlarına şərik olduqlarını bildirib, onların hər birinə ayrı-ayrılıqda uğurlar arzulayıblar.

Mükafatlandırma mərasimində Azərbaycanın xalq artisti Faiq Ağayev “İlin seçilən müğənnisi”, FBİ şirkətinin rəhbəri Fadal Bazzi “Seçilən iş adamı”, Yeganə Zeynalova "İlin Seçilən Görücüsü" və digərləri mükafatla təltif olunublar. Təltif olunan KİV nümayəndələri arasında APA-nın əməkdaşı Ülkər Qasımova, vesti.az xəbər portalının əməkdaşı Yeganə Rzaxanova və başqaları da var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR