Bank Of Baku

Milli Mətbuatın 135 illiyi ilə əlaqədar “Mətbuatın dostu” mükafatlarının təqdimetməsi keçirilib

Milli Mətbuatın 135 illiyi ilə əlaqədar “Mətbuatın dostu” mükafatlarının təqdimetməsi keçirilib
# 23 iyul 2010 13:55 (UTC +04:00)
Bakı - APA. Azərbaycanda Milli Mətbuatın yaranmasının 135 illiyi ilə əlaqədar daha bir mükafatlandırılma mərasimi keçirilib. APA-nın məlumatına görə, mükafatlandırma mərasimində yerli KİV-də mədəniyyət və şou-biznes sahəsindən yazan jurnalistlər “Mətbuatın dostu” adlı diplomlarla təltif olunublar. Tədbir Sədaqət Rəşidqızının təşkilatçılığı ilə baş tutub: “22 iyul tarixində KİV nümayəndələrini hər il bir araya yığıb möhtəşəm tədbir keçirməklə, dostlarıma böyük bayram sevinci yaşadırıq. Ola bilər, diplom almaq simvolik xarakter daşısın. Amma jurnalistləri bir araya yığaraq, sizi gərgin iş rejiminizdən bir neçə saatlıq da olsa ayıra bilirəmsə, deməli istəyimə çatmış oluram. İnanın, bundan çox böyük zövq alıram”.

"İlin ən yaxşı araşdırmaçı jurnalisti" nominasiyasında fəxri diploma APA-nın əməkdaşı Ülkər Qasımova layiq görülüb. Mükafatlandırılan jurnalistlər arasında Qulu Məhərrəmli, Nərgiz Cəlilova, Sevil Nuriyeva, Cəvahir Səlimqızı, Mətanət Şamilqızı, Aynur Hacıyeva, Yeganə Rzaxanova, Şahin Cavadsoy, Türkan Məmmədli, Seymur Zəkəryəyev, Gülər Nizamiqızı və başqaları da var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR