Bank Of Baku

Fövqəladə Hallar Nazirliyi bir qrup jurnalisti mükafatlandırıb – FOTO

Fövqəladə Hallar Nazirliyi bir qrup jurnalisti mükafatlandırıb – <font color=red> FOTO  </font>
# 24 iyul 2010 10:29 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirdə çıxış edən fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev mətbuatın keçdiyi yoldan danışıb. O, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun iyulun 22-də bir qrup jurnalistin təltif olunması barədə əmr imzaladığını deyib.

FHN-in mətbuatla sıx əməkdaşlıq etdiyini söyləyən nazir müavini bu ilin yaz aylarında Kür və Araz çaylarında baş vermiş təbii fəlakət zamanı jurnalistlərin ən ağır şəraitdə insanlara doğru-düzgün məlumat çatdırdığını, fəlakətin qarşısının alınmasında yaxından iştirak etdiklərini vurğulayıb.

Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin əməkdaşı Vüqar Əliyev isə dövlət başçısının KİV-ə göstərdiyi qayğıdan bəhs edib. O, dövlət başçısı İlham Əliyevin jurnalistlərin təltif olunması və onların sosial şəraitinin yaxşılaşdırılmasına dair son sərəncamlarını buna misal göstərib.

Tədbirdə çıxış edən jurnalistlər də FHN-in mətbuatla əlaqələrə daim önəm verdiyini dilə gətiriblər.

Sonda bir qrup jurnalist FHN-in “Əməkdaşlığa görə” döş nişanı ilə təltif olunub. Mükafat alanlar arasında APA və “Lent.az”ın əməkdaşları da var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR