Bank Of Baku

Türkiyənin media təmsilçiləri Azərbaycan Mətbuat Şurasında olublar

Türkiyənin media təmsilçiləri Azərbaycan Mətbuat Şurasında olublar
# 24 iyul 2010 21:12 (UTC +04:00)
MŞ-dan APA-ya verilən məlumata görə, qonaqları salamlayan Şura sədri Əflatun Amaşov onlara Azərbaycanda söz və mətbuat azadlığı ilə bağlı tendensiyalardan söhbət açıb. Türkiyə və Azərbaycan mətbuatının durumu ilə bağlı paralellər aparan sədr hər iki ölkə jurnalistlərinin həmrəyliyinin artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Türkiyə Qəzetəçilər Federasiyasının başqanı Atilla Sertel, Kayseyri Qəzetəçilər Cəmiyyətinin başqanı Vəli Altınkaya, NTV-nin büro müdiri Merih Ak və Sakarya Qəzetəçilər Cəmiyyətinin başqanı Matur Sefai görüşdən məmnun qaldıqlarını, Azərbaycana səfərlərinin onlarda geniş təəssürat yaratdığını vurğulayıblar.

Qeyd edək ki, Türkiyənin media təmsilçilərinin Azərbaycana səfəri Tərəfsiz Jurnalistlər İctimai Birliyinin dəvəti ilə baş tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR