Bank Of Baku

Azərbaycan Mətbuat Şurası «Ədalət» qəzetini 20 yaşı münasibətilə təbrik edib

Azərbaycan Mətbuat Şurası «Ədalət» qəzetini 20 yaşı münasibətilə təbrik edib
# 24 iyul 2010 21:28 (UTC +04:00)
Mətbuat Şurasından APA-ya daxil olan məlumata görə, məktubda qəzetin ilk gündən özünəməxsus dəst-xəttilə seçildiyi vurğulanıb. Bildirilib ki, ötən əsrin 90-cı illərindən fəaliyyət göstərən nəşr həmişə cəmiyyəti düşündürən, insanları maraqlandıran mövzulara üstünlük verib. Bu amil ona geniş oxucu rəğbəti qazandırıb.

Məktubda «Ədalət» qəzetinin xalqımızın milli istiqlalına mətbu nəşr kimi böyük töhfə verdiyi önə çəkilib. Qəzetə xas yaradıcılıq xüsusiyyətlərindən geniş bəhs edildiyi məktubda həmçinin ona oxucu rəğbətini formalaşdıran amillər sırasında nəşrdə hər zaman istedadlı jurnalistlərin cəmləşməsi xüsusi vurğulanıb

APA-nın kollektivi də bu təbrikə qoşulur. «Ədalət» qəzetinin bütün kollektivini təbrik edir, həmkarlarımıza can sağlığı və yaradıcılıq uğurları arzulayırıq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR