Bank Of Baku

Türkiyənin Azərbaycandakı səfiri Mətbuat Şurasının yeni ofisində olub – FOTO

Türkiyənin Azərbaycandakı səfiri Mətbuat Şurasının yeni ofisində olub – <font color=red>FOTO</font>
# 28 iyul 2010 15:33 (UTC +04:00)
Bakı-APA. Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç Mətbuat Şurasının (MŞ) yeni ofisinə baş çəkib. Şuradan APA-ya verilən məlumata görə, səfir MŞ sədri Əflatun Amaşovu və həmçinin bütün ölkə jurnalistlərini Azərbaycan milli mətbuatının yubileyi münasibətilə bir daha təbrik edib, əlamətdar ildönümü günündə media təmsilçilərinin böyük qrupunun dövlət təltiflərinə layiq görülmələrindən, Mətbuat Şurasının müasir tipli, hərtərəfli təchiz olunmuş yeni binaya köçməsindən məmnunluğunu bildirib. H. Kılıç bu ilin payızında İstanbulda keçirilməsi nəzərdə tutulan türkdilli xalqların jurnalistlərinin toplantısı barədə də ətraflı məlumat verib. Səfir tədbirin türk dünyası birliyinin möhkəmləndirilməsi baxımından xüsusi önəmə malik olduğunun vurğulayıb. Qonaq qarşıdakı həftədə səfirlik tərəfindən Türkiyə - Azərbaycan dostluğu mövzusunda yazan media təmsilçilərinin mükafatlandırılacağı barədə də danışıb.

Mətbuat Şurasının sədri Əflatun Amaşov səfir H. Kılıça səmimi minnətdarlığını bildirərək milli mətbuatın 135 illik yubileyi ilə bağlı Azərbaycanda keçirilən tədbirlər barədə geniş məlumat verib. O, Azərbaycan Prezidenti İlham Əliyevin Şuranın yeni binasının açılışında iştirakına, MŞ üzvləri ilə görüşdəki çıxışında ifadəsini tapan məqamlara toxunaraq bunu ölkə mediasına və jurnalistlərinə yüksək qayğı nümunəsi kimi qiymətləndirib. Şura sədri bildirib ki, belə həssas münasibət mətbuatın problemlərinin həllinə kompleks yanaşmanın yeni mərhələsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR